VAKANSİYA

19 Dekabr

Performance Center işçi axtarır – VAKANSİYA

Performance Center Avtomobil Servis Rəhbəri vəzfəsinə işçi axtarır.

Vəzifə öhdəlikləri:

  •  Avtomobil Servis mərkəzinin gündəlik işinin ( çilingər,elektrik və dəmirçi-rəngsaz şöbələrinin  ) planlanması və tənzimlənməsi
  • Avtomobil Servis mərkəzinə daxil olan müştərilərin qarşılanması və avtomobildə təmir işinin təşkil olunması
  • Avtomobil Servis personalının idarə olunması və effektiv işinin təşkili
  • Avtomobil Servis mərkəzi daxilində nizam-intizam qaydalarına və korporativ üsluba riayət olunmasına  nəzarət etmək
  • Avtomobil Servis daxili avadanlıqlarının təmiri və dövri qulluqlarının təşkil olunması
  • Müştərilərin razılığına və loyallığına nail olmaq 
  • Avtomobillərə göstərilən texniki xidmət satışları üzrə qoyulmuş hədəflərə nail olmaq
  • Avtomobil Servis əməkdaşlarının əsas performans göstəricilərinin təhlili və müvafiq qiymətləndirmənin aparılması
  • İdarə etdiyi personalın güclü və zəif tərəflərinin müəyyən edilməsi və müvafiq təlim tədrislərə yönləndirilməsi
  • Avtomobil Servis əməkdaşları ilə mütəmadi toplantıların təşkil olunması və mövcud problemlərin həlli istiqamətində çalışmaq
  • Müştəri müraciətlərinin qısa zamanda həlli və cavablandırılması

Namizədə qarşı tələblər:

  • Ali təhsil
  • Yaş: 30-45
  • Azərbaycan dili səlis danışıq (ingilis və rus dilləri arzu olunandır)
  • Avtomobil servisi idarəçiliyi sahəsində minimum 3 illik təcrübə
  • Avtomobilin quruluşu və istismarı üzrə kifayət qədər biliyə malik olmaq         
  • Təqdimat bacarığının olması
  • Səliqəli xarici görünüş, nəzakətli danışıq, ünsiyyətcil, yüksək nitq qabiliyyətli
  • Dəqiq, intizamlı və işinə qarşı məsuliyyətli olmaq.

İş şərtləri:

  • İş qrafiki: Həftədə 5 gün, 09:00-dan 18:00-dək
  • Əmək haqqı: 2500-3000₼ (Dövriyyədən asılı olaraq artacaq).

Qeyd olunan tələblərə cavab verən namizədlərdən öz şəkilli CV-lərini  məktubun mövzu hissəsində “Avtomobil Servis rəhbəri” qeyd etməklə elektron ünvanına göndərmələri xahiş olunur. Yalnız yuxarıdakı tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.