VAKANSİYA

29 Noyabr

Bank Respublika işçi axtarır – VAKANSİYA

“Bank Respublika” ASC Mobil tətbiqlər üzrə analitik vəzifəsi üzrə vakansiya elan edir.

Ümumi vəzifə öhdəlikləri:

  • Mobil tətbiqlərin işlənilməsi üzrə texniki tapşırıqların hazırlanması;
  • Mövcud tətbiqlərin funksional testi (front-end və back-end), veb-servislərin keyfiyyətinin izlənilməsi;
  • Mobil tətbiqlərin daxili biznes məntiqinin inkişaf etdirilməsi;
  • Mobil tətbiqlərin keyfiyyətinə nəzarət edilməsi;
  • Xarici və daxili işçi qrupları ilə ünsiyyətin aparılması;
  • Daxili hesabatların hazırlanması və onların təhlili.

Namizədə qarşı tələblər:

  • Ali təhsil;
  • İş təcrübəsi: texniki tapşırıq və biznes proseslərinin təhlili əsasında proqram təminatlarının hazırlanması, onların testdən keçirilməsi, düzəlişlərin edilməsi, sistemlərin avtomatlaşdırılması, layihələrin hazırlanması və icrası üzrə arzuolunandır;
  • Dil bilikləri: Azərbaycan və Rus dilləri əla, İngilis dili texniki səviyyədə arzuolunandır;
  • Sistemli şəkildə düşünmək və məhsulu inkişaf etdirə bilmək bacarığı;
  • Proqressiv düşüncə tərzi və çərçivələrdən kənara çıxma bacarığı;
  • Məlumatlar əsasında təhliletmə və düzgün qərarvermə bacarığı;
  • Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
  • Komandanın bir üzvü olmaq üçün yeni iş mühiti və kollektivə tez uyğunlaşmaq bacarığı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 09 dekabr 2022-ci il tarixinədək email-in mövzu hissəsində Mobil tətbiqlər üzrə analitik qeyd edərək HR@bankrespublika.az elektron ünvanına göndərə bilər. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər.

 

Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.