VAKANSİYA

17 Noyabr

Veysəloğlu işçi axtarır – VAKANSİYA

Veysəloğlu Biznesə Nəzarət Şöbəsinin Müdiri vəzifəsinə işçi axtarır.

İş yeri: Bakı şəhəri
İş qrafiki: Həftənin 5 günü saat 09:00-dan 18:00-dək.

Vəzifə funksiyaları: 

  • İllik maliyyə və əməliyyat büdcələrinin tərtibi və büdcənin icrasına nəzarət prosesinə rəhbərlik edilməsi
  • Büdcə prosesinin modelləşdirilməsi, optimallaşdırılması
  • Yeni biznes keyslərin şirkət fəaliyyətinə təsirinin təhlili
  • EBİTDA maddələrinin optimallaşdırılması üzrə təklif və tədbirlər 
  • Gəlir mərkəzlərinin dövri mənfəətlilik hesabatlarının tərtibi, nəticələrin struktur rəhbərləri ilə müzakirəsi, təqdimatların keçirilməsi və sualların zamanında cavablandırılması
  • Şirkətin partnyorlarına dövri mənfəətlilik hesabatlarının təqdim edilməsi və yaranan sualların cavablandırılmasının təmin edilməsi
  • Biznes nəzarət mexanizmlərinin effektiv icra edilməsinə nəzarətin təmin edilməsi və həmin nəzarət mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlı təkliflərin verilməsi
  • Dövri marketinq xərc büdcələrinin təsdiqlənməsi və kənarlaşmaların aşkarlaranaq açıqlamaların əldə edilməsinin təmin edilməsi
  • Dövriyyə kapitalı hesabatlarının hazırlanması və müvafiq strukturlara zamanlı şəkildə təqdim edilməsinin təmin olunması;
  • Biznesdə mümkün optimizasiya imkanları ilə bağlı təhlillərin hazırlanması və təkliflərin verilməsi
  • Biznesin gələcək fəaliyyətinə təsir göstərə biləcək əsas maliyyə riskləri ilə bağlı rəhbərliyə dövri məlumatların verilməsi
  • Trendlərin, inkişaf imkanlarının və risklərin müəyyən edilməsi üçün dövri maliyyə hesabatlarının təhlili
  • Həftəlik qərarvermə üçün istifadə edilən maliyyə və əməliyyat məlumatlarının dashboardlar üzrə tərtibi

Vəzifə tələbləri:

  • Maliyyə, İqtisadiyyat və ya müvafiq sahədə ali təhsil
  • Müvafiq sahədə ən azı 5 il təcrübəyə malik olması
  • Analitik düşünmə, problemləri həll etmə, qərarvermə və idarə etmə bacarığı
  • Azərbaycan dilini səlis, Rus və İngilis dillərini yaxşı bilmək
  • MS Office kompüter proqramından sərbəst istifadə etmək bacarığı

Əmək haqqı: Müsahibə əsasında təyin olunur.

Təminatlar: 

  • Tibbi sığorta
  • İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma
  • Nahar ilə təmin edilmə.

Müraciət qaydaları: 

Müraciət etmək istəyən namizədlər CV-ləri mövzu bölməsində “Biznesə Nəzarət Şöbə Müdiri” qeyd etməklə elektron poçt ünvanına göndərə bilərlər. 

Yalnız ilkin seçimdən keçən namizədlərlə əlaqə saxlanılacaqdır.