“Bank Respublika” ASC Sədərək filialı üçün Kredit üzrə arxa ofis mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir.
Ümumi vəzifə öhdəlikləri:
- Bank proqramında CIF (Customer Information File) hesab açmaq;
- Kredit, zəmanət, akkreditiv və kredit ödənişləri üzrə məlumatları düzgün şəkildə bank proqramına daxil etmək;
- Qanunvericilik, bankdaxili qaydalar və kredit komitəsinin qərarlarına uyğun olaraq müqavilə, müqaviləyə əlavə və digər zəruri sənədləri tərtib edərək krediti rəsmiləşdirmək;
- Kredit qovluğu və onun elektron fotosurətini yaratmaq;
- Bankdaxili sənədləri Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinin tələbləri və daxili qaydalara uyğun olaraq tərtib etmək və rəsmiləşdirmək.
Namizədə qarşı tələblər:
- Ali təhsil (maliyyə, iqtisadiyyat və biznesin idarə edilməsi üzrə təhsil arzuolunandır);
- Azərbaycan dili əla (yazılı və şifahi);
- Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi arzuolunandır;
- Komputer bilikləri: MS Office (Word, Excel, Outlook) proqramları;
- Müxtəlif düşüncə və dünyagörüşə malik insanlarla yazılı və şifahi ünsiyyət qurmaq bacarığı;
- Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdimetmə bacarığı;
- Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
- Komandanın bir üzvü olmaq üçün, yeni iş mühiti və kollektivə tez uyğunlaşmaq bacarığı.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini email-in mövzu hissəsində Kredit üzrə arxa ofis mütəxəssisi (Sədərək) qeyd etməklə 07 oktyabr 2022-ci il tarixinədək HR@bankrespublika.az elektron ünvanına göndərə bilər. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər.
Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.