VAKANSİYA

25 Sentyabr

Sürücülük vəsiqəsinin verilməsi ilə bağlı nə dəyişib? - Hüquqşünasdan AÇIQLAMA

"Ölkəmizdə sürücülük vəsiqələrinin əldə edilməsi, avtomobillərin qeydiyyatı, avtomobil nömrələrinin verilməsi və s. bu kimi məsələlərdə heç bir dəyişiklik olmayıb".

Bunu yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov deyib.

Ekspert bildirib ki, ötən gün Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sistemi haqqında əsasnamə təsdiqlənib:

"Bu, texniki xarakterli sənəddir. Əsasnamə mərkəzi informasiya sisteminin fəaliyyət qaydasını, funksiyalarını, istifadə qaydasını və s. müəyyən edir. DYP-nin demək olar ki, bütün fəaliyyəti bu sistem üzərindən həyata keçirilir. Həmin fəaliyyət indiyədək necə idisə, eləcə də davam edəcək. Hansısa işin həmin sistem vasitəsilə edilməsi, bunun sadəcə olaraq həmin sistemdə qeydiyyata alınması, bu işdə sistemin məlumatlarından istifadə edilməsi deməkdir.

Ola bilsin ki, istifadəçilərə öz elektron kabinetlərində bəzi məlumatlarla tanış olmaq, müraciət etmək kimi əlavə imkanlar yaradılsın. İstifadəçinin elektron kabineti dedikdə yəqin ki, hazırda e-xidmet.mia.gov.az portalında olan kabinetdən söhbət gedir. Bir daha qeyd edirəm, bu sənəd sürücülər, sürücü olmaq istəyənlər, avtomobil sahibləri və s. üçün hər hansı yeniliyi, dəyişikliyi ehtiva etmir", - deyə Ə.Hüseynov qeyd edib.