VAKANSİYA

25 Sentyabr

Holcim işçi axtarır – VAKANSİYA

Şöbə: Təchizat 
İş saatı: 08:00-17:00

Əsas vəzifələr:

  • Kateqoriya strategiyasına və həmçinin tətbiq olunan siyasət, prosedur və təlimatlara uyğun olaraq Təchizat və xidmət əməliyyatlarına dəstək olmaq.
  • Region və qlobal strategiyaya müvafiq olaraq qənaət, təchizatın səmərəlilliyi, keyfiyyətə nail olmaq və proseslərin həyata keçirilməsində dəstək olmaq
  • Müəyyən olunmuş limit əsasında təchizatçılar üçün sifariş formaları hazırlamaq, avadanlıqlar sifariş etmək və xidmət göstərmək
  • Fərdi kateqoriya layihələrinə dəstək olmaq, təşəbbüslər irəli sürmək
  • Kateqoriya və Əməliyyat Menecerlərini proseslər, keyfiyyət səviyyəsi , qiymətlər barəsində mütəmadi məlumatlandırmaq.
  • Gündəlik tələbatları idarə etmək və ölkənin gələcək ehtiyaclarını anlamaq
  • Gündəlik fəaliyyət əsnasında daxili istifadəçilər, təchizatçılarla əlaqə saxlamaq,
  • Malların və xidmətlərin vaxtında çatdırılmasına nəzarət etmək
  • Xidmətin tələblərinin yaxşılaşdırılması və dəqiq olması məqsədilə ERP sistemini daim yeniləmək
  • Daxili və xarici sifarişlər üçün ilkin əlaqədar şəxs olmaq
  • Yerli qənat imkanlarını müəyyənləşdirmək
  • Strategiyaya müvafiq sifariş formalarının yaradılmasına kömək etmək
  • Qanunvericiliyə, etik standartlara, siyasətlərə və biznesdə davranış kodeksinə əməl etmək
  • Qəbul olunmuş və razılaşdırılmış ölkədaxili kateqoriya strategiyasına əməl etmək,Uyğunsuzluq zamanı əsas səbəbi tapmaq və aadan qaldırmaq
  • Təchizat təşəbbüslərinin daim yenilənməsinə nəzarət etmək
  • Fəaliyyəti mövcud FG və mövcud nümunələrə görə qiymətləndirmək
  • Əldə olunmuş nailiyyətləri izləmək
  • Qiymət təklifi və Alış Tələbnamələri > Alış Sifarişlərinin səmərəli və düzgün icrasını təmin edir.
  • Təsdiq edilmiş alış tələbnamələri əsasında alış sifarişlərini və yerli müqavilələri hazırlayır.
  • Çatdırılmaları şirkətin ehtiyaclarına uyğun olaraq əlaqələndirir.
  • Müəyyən edilmiş təlimatlara uyğun olaraq gündəlik əməliyyatlarla məşğul olur
  • Müqavilələrin müəyyən edilmiş qaydada saxlanması və qeydiyyatının aparılmasına, eləcə də məlumatlar bazasında asan axtarışını təmin etməyə məsuldur.
  • Müqavilələrin idarəounması vasitələri üzrə qaydaların və proseduraların hazırlanmasına məsuldur.
  • Müqavilələrin hazırlanması və onlarla bağlı istənilən məsələlər üzrə iş yerində məşğələlərin keçirilməsi

Bacarıq və Kvalifikasiyalar: 

Tələb olunan keyfiyyətlər:

  • Təhsil:  İqtisadiyyat və ya Texniki üzrə ali təhsil 
  • İş təcrübəsi: Avadanlıqların, köhnəlmə və ehtiyat hissələrin, istehlak materiallarının, aparıcı CAPEX layihələrinin (arzuolunandır - 3 ildən az olmamaq şərti ilə) alınması üzrə təcrübə vacibdir.
  • Kompüter bacarığı: MS Office bacarığı – SAP və ya ona bərabər proqram haqqında  səlist biliyin olması
  • Xarici dillər: Azərbaycan-səlist, Upper-intermediate  səviyyəsindən aşağı olmayan İngilis dili bacarığı. Rus- sərbəst. Türk dili üstünlükdür

Bilik və bacarıqlar:

  • İdxal, multimodal çatdırılma, Incoterms, gömrük rəsmiləşdirilməsi üzrə bilik və təcrübə çox vacibdir
  • Türkiyə bazarını (avadanlıq və istehlak materialları) bilməsi üstünlükdür

Müraciət proseduru:

Maraqlananlar  CV –lərini, mövzu hissəsində Təchizat üzrə Mütəxəssis yazmaqla göndərə [email protected] adresinə  bilərlər.

Bütün müraciətlər təqdim edildikdən sonra nəzərdən keçiriləcək. Şirkət uyğun namizəd müəyyən edilən kimi vakansiyanı doldurmaq hüququnu özündə saxlayır. Ərizələrin yoxlanılması, nəzərdən keçirilməsi və təqdim edildikdən sonra müsahibələr aparılacaq. Şirkət müvafiq namizəd müəyyən edilən kimi vəzifəni doldurmaq və vakansiyanı bağlamaq hüququ özündə saxlayır.

Ərizələrin son qəbul tarixi: Oktyabr 13, 2022