Vakansiya haqqında:
İş qrafiki: Standart
İş müddəti: Daimi
Son müraciət tarixi: 07.10.2022
Sizin əsas vəzifə öhdəlikləriniz:
- Müvafiq zaman çərçivəsində fərqli miqyaslı ATL və BTL kampaniyalarını hazırlamaq, idarə etmək və uğurla icra etmək
- Layihə çərçivəsində müvafiq istiqamətləri müəyyən etmək üçün reklam agentliklərinə dəqiq və aydın briflər hazırlamaq
- Həyata keçirilən layihələr üzrə müvafiq marketinq ünsiyyət layihəsi cədvəlləri və hesabatları hazırlamaq
- Layihələr üzrə müvafiq məlumatların yerləşdirilməsini təmin etmək
- Müxtəlif kommunikasiya kanalları üçün Azərbaycan, Rus və İngilis dillərində düzgün məhsul mesajları və mətnləri hazırlamaq
- Yeni ideyalarla əlaqədar görüşlərdə iştirak etmək və kreativ kampaniyalar üçün təkliflər irəli sürmək
- Agentlik və vendorlar ilə əməkdaşlıq etmək
- Bütün reklam materialları üzrə məlumatların düzgünlüyünə görə məsuliyyət daşımaq
- Məlumatların brend qaydalarına uyğun olmasını və məlumatın hər yerdə eyni tərzdə təqdim olunmasını təmin etmək məqsədilə reklam materiallarında mütəmadi yoxlamalar həyata keçirmək
- Departamentlər, bölmələr arasında məzmunun idarə edilməsini və məlumat mübadiləsini əlaqələndirmək və idarə etmək.
Sizdən tələb olunan təhsil və iş təcrübəsi:
- Ali təhsil
- Brend və ya reklam işi sahəsində ən azı 2 il iş təcrübəsi (Xarici şirkətlərlə işləmə təcrübəsi üstünlük hesab olunur)
Sizdən tələb olunan bacarıq və səriştəliklər:
- Kopiraytinq (uyğun mətnlərin yığılması) bacarığı
- Vendorlarla işləmə bacarığı
- Performansı və brend qaydalarını qorumaqla eyni vaxtda müxtəlif tapşırıqları yerinə yetirmə qabiliyyəti
- Təşkilatçılıq bacarığı
- Vaxtın düzgün idarə olunması bacarığı
- Təzyiq altında işləmə bacarığı
- Azərbaycan, Rus və İngilis dillərini mükəmməl bilmək
- MS Office proqramlarını bilmək
Müraciət etmək üçün:
CV-nizi [email protected] e-mail ünvanına göndərməyinizi xahiş edirik.
Başlıqda “Brend və reklam işi üzrə mütəxəssis’’ qeyd olunmayan müraciətlər nəzərə alınmayacaqdır.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.