Azericard Kart əməliyyatların monitorinqi bölməsinin mütəxəssisi vəzifəsinə işçi axtarır.
Tələblər:
- İnformasiya təhlükəsizliyi, İT ixtisasları üzrə ali təhsil;
- Azərbaycan dili sərbəst, ingilis və rus dilləri texniki və terminalojı bilməsi;
- İnformasiya təhlükəsizliyi / İnformasiya texnologiyaları baza bilikləri;
- Analitik proqram təminatı (ELK, SIEM) üzrə biliklər və ya iş təcrübəsi arzuolunandır;
- Proqramlaşdırma üzrə hər hansı bir “Query language” üzrə baza biliklər və ya iş təcrübəsi arzuolunandır;
- Əməliyyat sistemləri, şəbəkələr, veb, verilənlər bazaları üzrə baza bilikləri;
- Analitik düşüncə qabiliyyəti;
- Stressə davamlılıq, özünü idarə etmə və təşkilatçılıq qabiliyyəti;
- Vaxt cədvəlinə uyğun işləyən komandada, çox funksional rejimdə, vaxt məhdudiyyətinə ciddi riayət edərək çalışma qabiliyyəti;
- İnformasiya təhlükəsizliyi və kart əməliyyatların monitorinqi sahələrində peşəkarlığını inkişaf etmə arzusu və bunun reallaşdırmasına hazırlıq.
Vəzifəsi:
- Bank kartları ilə keçən əməliyyatların monitorinqi, şübhəli əməliyyatların təhlili və analizi;
- İnformasiya təhlükəsizliyi üzrə “alert”-ların monitorinqi, aşkarlanan pozuntu üzrə ilkin araşdırma (“triage”) və cavabvermə (“SOC L1” funksiyası);
- Monitorinq zamanı əməliyyatların təhlili və analizi.
Namizədlərdən CV-lərini “Kart əməliyyatların monitorinqi bölməsinin mütəxəssisi” mövzusu ilə göndərmək [email protected] xahiş olunur.
Qeyd: Növbəli iş rejimi (gecə növbəsi mövcuddur).
Yalnız tələblərə uyğun olan namizədlər müsahibəyə dəvət olunacaqlar.