“Kapital Bank” ASC namizədləri Maliyyə hesabatlığı və mühasibatlıq departamentinin Daxili mühasibatlıq şöbəsinin mütəxəssisi/aparıcı mütəxəssisi vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Öhdəliklər
- Baş ofis və filial işçilərinin əmək haqları üzrə bütün növ hesablaşmaların (əmək haqqı, ikiqat əmək haqqı, məzuniyyət, təhsil məzuniyyəti, mükafat, maddi yardım, hədiyyə və s.) uçotu;
- Sənədləşmənin yoxlanılması və hesabatın hazırlanması, ezamiyyə hesabatlarınını, yoxlanılması, ödənilməsi, vergilərinin (gəlir vergisinin, sosial müdafiə fonduna ayırmalar) hesablanması və muxabirləşməsinin verilməsi;
- xəstəlik vərəqələrinin portala işlənməsi və ödənişinə nəzarət və şöbəyə aid digər işlər.
Tələblər
- Ali təhsil;
- Sahə üzrə minimum 2 il iş təcrübəsinə malik olmaq;
- Yüksək professional keyfiyyətlərə malik olmaq,
- Vergi, əmək qanunvericiliyini bilmək,
- Komandada işləmək, idarəçilik, təhlil etmə bacarığı
- Məsuliyyətlilik və dəqiqlik;
- İşgüzarlıq, təşəbbüskarlıq.
Əgər təklifimiz Sizə maraqlıdırsa, //hr.kapitalbank.az/ portalımızdan qeydiyyat keçərək və yaxud [email protected] email ünvanına CV göndərərək vakansiyamıza müraciət eləyə bilərsiniz.