Azericard İnformasiya Təhlükəsizliyi üzrə Baş Mütəxəssis vəzifəsinə işçi axtarır.
Tələblər:
- İnformasiya təhlükəsizliyi sahəsində mütəmadi inkişaf etmək, maraqlı layihələrdə iştirak etmək və öyrənmək istəyi;
- Ali təhsil;
- İnformasiya təhlükəsizliyi və ya proqramlaşdırma və ya sistem/şəbəkə inzibatçılığı sahəsində üzrə minimum 2 il iş təcrübəsi;
- İnformasiya təhlükəsizliyi üzrə monitorinq, aşkaretmə, təhlil, təhqiqat (“Computer forensics”, “Network forensics”) və cavabvermə (“Incident response”) bacarıqları və təcrübə;
- Skriptiq avtomatlaşdırma bacarıqları “powershell”, “python”, “shell” və s.;
- Beynəlxalq İnformasiya təhlükəsizliyi sahəsində standartlar, təcrübələr haqqında biliklərin olması (ISO, NIST, SANS və s.);
- Müasir təhlükələrə (“MITRE”), boşluqlara (“CVSS”, ”CVE”) və mühafizə texnologiyalarına (“SIEM”, “SOAR”, “WAF”, “IDS/IPS”, “Firewall”, “AV” və s.) dair biliklər;
- Təhlil bacarıqları, məsuliyyətli təşəbbüskarlıq, təşkilatçılıq qabiliyyəti, dəqiqlik;
- Azərbaycan dili səlis, rus və texniki ingilis dillərini yaxşı səviyyədə bilməsi.
Vəzifə öhdəlikləri:
- İT təhlükəsizlik servislərinin proqram-texniki vasitələrinə texniki dəstək, texniki müşayiət (inzibatçılıq) və monitorinq.
- Layihələrdə iştirak o cümlədən İT təhlükəsizlik servisləri üzrə planlaşdırma və yeni proqram-texniki vasitələrinin tətbiqi.
- “SOC - Security operations Center” - istifadə edən informasiya təhlükəsizliyi proqram-texniki alətlərinin effektivliyinin artırılması (“policy tuning”, “rule tuning” və s.).
- İnformasiya təhlükəsizliyi üzrə tələblərin (siyasət, prosedur, qaydalar və s.) icrasına və standartların tətbiqinə nəzarət;
- Azəricard şirkətinin İT infrastrukturunda informasiya təhlükəsizliyi risklərin idarəedilməsi, ö cümlədən zəyifliklərin aşkarlnaması, aradan qaldırılması və hesabat.
- İnformasiya təhlükəsizliyi insidentlərin menecmenti ö cümlədən informasiya təhükəsizliyi hadisələrinin monitorinqi, insidentlərin aşkarlanması, araşdırma (“cyber forensics investigation”) və hesabat.
- Şirkət daxili əməkdaşların informasiya təhükəsizliyi təhdidlər, daxili qaydalar və siyasətlər üzrə məlumatlandırma.
Namizədlərdən CV-lərini “ITSEC üzrə Baş mütəxəssis” mövzusu ilə [email protected] e-mail ünvanına göndərmək xahiş olunur.
Yalnız tələblərə uyğun olan namizədlər müsahibəyə dəvət olunacaqlar.