Yalama Agropark MMC Aparıcı mühasib vəzifəsinə işçi axtarır.
Əmək funksiyaları:
- 1C 8.2 və 8.3 proqramında sərbəst işləmək
- Bank və kassa əməliyyatlarının düzgün aparılmasına nəzarət
- E-Qaimə fakturalarının və VHF yazılması, gömrük bəyannamələri ilə bağlı əməliyyatların aparılması
- ƏDV, mənfəət, DSMF, Statistika, məşğulluq hesabatların hazırlanması və aidiyyatı orqanlara göndərilməsi
- Daxil olan mal-material ehtiyatlarının və əsas vəsaitlərin uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsi
- Müəssisənin aktiv və passivlərinin, o cümlədən debitor və kreditor borcların, nağd vəsaitlərin ,mal qalığının, vergi öhdəliklərinin , gəlir və xərclərinin və s. uçotunun həyata keçirilməsi
Tələblər:
- Ali təhsil (Maliyyə və ya mühasibat ixtisası üzrə)
- Maliyyə-mühasibat sahəsində minimum 2-3 il iş təcrübəsi (kənd təsərrüfatı və ya istehsal istiqamətləri arzu olunandır)
- Mühasibatlıq və maliyyə sahəsində sertifikatlarının olması üstünlükdür
- Komanda ilə işləyə bilmə bacarığı
Əmək haqqı:
- Əmək haqqı aralığı: 1000-1500 azn (təcrübə və iş keyfiyyətlərindən asılı olaraq)
İş qrafiki: 09:00-18:00 ( beşgünlük iş həftəsi)
Maraqlanan şəxslər CV-lərini [email protected] elektron ünvanına mövzu yerində “Aparıcı mühasib” qeyd etməklə göndərə bilərlər.