VAKANSİYA

21 Sentyabr

Bank of Baku işçi axtarır – VAKANSİYA

Bank of Baku Məhkəmə işləri şöbəsinin hüquqşünası (Lənkəran filialı) vəzifəsinə işçi axtarır.

Əsas vəzifə və öhdəliklər:

  • Məhkəmə işlərinin məhkəmədə təqibini həyata keçirmək
  • Məhkəmə qərarlarının alınıb aidiyyatı üzrə təhvil verilməsini təmin etmək
  • Məhkəmənin icraatına qəbul edilmədən geri qaytarılmış işlərin yenidən məhkəməyə göndərilməsini təmin etmək
  • Əmək müqaviləsi, departamentin əsasnaməsi, habelə fəaliyyətinə dair digər bankdaxili korporativ aktların müvafiq göstərişlərindən irəli gələn funksiyaları icra etmək

Tələblər:

  • Ali hüquqi təhsil
  • Azərbaycan dili üzrə əla şifahi və yazılı ünsiyyət bacarığı
  • MS Word və Excel proqramları ilə orta səviyyədə işləmə bacarığı
  • Məsuliyyətli, dəqiq və intizamlı iş yanaşması
  • İş yeri: Lənkəran filialı
  • İş vaxtı: 5 iş günü, 09.00-18.00

Müraciət qaydası:

 Müraciət etmək istəyən namizədlər aşağıdakı link vasitəsilə (//www.bankofbaku.com/az/about/i-nsan-resurslar/vakansiyalar/)  onlayn CV formalarını doldura; CV-ləri  subject bölməsində Məhkəmə işləri şöbəsinin hüquqşünası (Lənkəran) qeyd etməklə [email protected] mail ünvanına göndərə; həmçinin öz CV formalarını Lənkəran filialına təqdim edə bilərlər.