VAKANSİYA

14 Sentyabr

PASHA Insurance işçi axtarır – VAKANSİYA

PASHA Insurance Zərələrin qiymətləndirilməsi və təmiri üzrə mütəxəssis vəzifəsinə işçi axtarır.

Vəzi̇fə və Öhdəli̇klər:

  • Əmlaka dəyən zərərin qiymətləndirilməsinə aid sənədlərin kənar strukturlardan (avtoservislərdən, qiymətləndiricilərdən) əldə edilməsi;
  • Təmir işlərinə ümumi nəzarətin həyata keçirilməsi və təmirin keyfiyyətli olmasının təşkil edilməsi;
  • Sığorta hadisəsi nəticəsində əmlaka dəyən ziyanın müəyyənləşdirilməsi, hissələrin siyahısının tərtib edilməsi, avtoservislərin təqdim etdiyi qiymətlərin orta bazar qiymətlərinə uyğunluğuna nəzarət və avtoservislərlə qiymətlərin razılaşdırılması;
  • Yekun zərərin təyin edilməsi və məlumatın departamentin müvafiq əməkdaşına ötürülməsi;
  • Sığortaçının, müştərilərin və avtoservislərin xeyrinə əsassız xərclərin qarşısının alınması, sığorta dələduzluğunun aşkarlanıb ifşa olunmasının təşkili;
  • Zərərə məruz qalmış əmlakın təmiri prosesində əvəz olunmuş ehtiyat hissələrinin saxlanılması və ya utilizasiya olunmasının təşkil edilməsi;
  • Öhdəliklərin icrası zamanı aşkarlanmış lazımı məlumatların departamentin digər əməkdaşlarına ötürülməsi;
  • Sığorta hadisəsi nəticəsində əmlaka dəyən ziyanın müəyyənləşdirilməsi üçün üçüncü müstəqil tərəfin iştirakının vacib olması təqdirdə, bunun təmin edilməsi;
  • Sığortaçılar üçün hesablamalar məqsədilə tövsiyələr də daxil olmaqla tam və ətraflı hesabatlar yazmaq;
  • Sığorta iddialarının tənzimlənməsi prosesinin təkmilləşdirilməsi üçün təkliflərin hazırlanması;
  • Sistemin təkmilləşdirilməsi üçün irəli sürülən təkliflərə müvafiq sənədlərin hazırlanması;
  • Departamentin ümumi işində nöqsanların aradan qaldırılmasında təşəbbüs;
  • Birbaşa rəhbərin digər tapşırıqlarının yerinə yetirilməsi.

Bi̇li̇klər:

  • Ali təhsil;
  • Kompüter bilikləri: MS Office proqramlarından istifadə bacarığı;
  • Dil bilikləri: Azərbaycan dili (İngilis və Rus dili biliyi üstünlükdür) 

Təcrübə:

  • Sığorta sahəsində təcrübə (qiymətləndirmə təcrübəsi olan namizədlərə üstünlük verilir).

Bacarıqlar:

  • Dürüstlük;
  • Komandada işləmək bacarığı;
  • Stresə davamlılıq;
  • Məsuliyyətlilik;
  • Yaxşı ünsiyyət bacarığı.

Son müraciət tarixi: 27 sentyabr

Zəhmət olmasa, müraciət etdiyiniz vəzifənin adını “mövzu” bölməsində qeyd etməklə CV-nizi [email protected] mail adresinə göndərin.