VAKANSİYA

14 Sentyabr

Norm işçi axtarır – VAKANSİYA

Norm Pərakəndə Marketinq və Əlaqələr üzrə Məmur vəzifəsinə işçi axtarır.

İş yeri: Şəhər ofisi

Tələblər: 

  • Marketinq, reklam,biznesin idarə edilməsi kimi əlaqəli sahələr üzrə bakalavr dərəcəsi
  • Əlaqədar sahə üzrə 3 il iş təcrübəsi
  • İngilis dilinin yuxarı səviyyədə biliyi
  • İctimaiyyətlə əlaqələr,tədbirlərin təşkili sahəsi üzrə biliklər
  • Pres-relizlərin hazırlanması bacarığı
  • Sosial medianın idarə edilməsi bacarıqları
  • Bazar araşdırma üsulları və verilənlər bazası haqqında yaxşı biliklər
  • MS office (Word, Excel, PowerPoint, Outlook) proqramlarından istifadə bacarığı

Tələb olunan kompetensiyalar:

  • Müştəriyönümlülük
  • Əməyin mühafizəsi qaydalarından xəbərdar olma
  • Bütövlük
  • Yenilikçilik

Əsas vəzifə və öhdəliklər:

  • Pərakəndə satış nöqtələri, sosial media və distributorlardan daxil olan məlumatları toplamaq və analiz etmək
  • Distributor və korporativ müştərilərin gündəlik satışlarının çıxardılması, göndərilməsi və təqdim edilməsi
  • Pərakəndə satış nöqtələrinin satış kampaniyaların analiz edilib tövsiyyələrin təqdim edilməsi
  • İstehlakçı və müştəri davranışları, trendləri haqqında məlumat eldə etmək üçün marketinq araşdırlmalarının keçirilməsinin təskili
  • Uyğun pərakəndə satış kanalları vasitəsilə hədəf auditoriyaya çatmaq üçün təşəbbüslər irəli sürmək və brendinq əməkdaşları ilə birgə kampaniyalar hazırlamaq
  • Gələcək marketinq strateqiyaların formalaşdırmağa kömək etmək üçün (pərakəndə nöqələrin satış, digital medianın, brendinq və geri dönüşüm) nəticələrin əldə edilməsini təmin etmək və analizlərini hazırlamaq
  • Bazar məlumatları, rəqib nəticələri, məhsul xüsusiyyətlərini, demoqrafik, coğrafi nəticələri və marketinq məlumatların əldə edilməsi üçün araşdırmaların keçirilməsi və məlumatların yığılması
  • Bazar potensialını, müştəri üstünlüklərini, demoqrafik, alış vərdişlərini və ehtiyaclarını ilə bağlı olan faktorları aydınlaşdırmaq üçün məlumatların toplanması 
  • Satış kanallarını və müştəri ehtiyaclarını analiz etmək
  • İnternet səhifəsi/facebook/bloq-un idarə olunması
  • Yeni müştəri əldə etmək imkanlarını müəyyən etmək üçün satış və distribyutor satış marketinq qrupları ilə sıx əməkdaşlıq etmək
  • Şirkətin veb saytında və sosial media hesablarında onlayn məzmun yaradılması və yerləşdirilməsi
  • Marketinq və tanıtım materiallarının hazırlanmasında və yayılmasında brendinq əməkdaşlarına köməklik göstərmək
  • Kütləvi informasiya vasitələrinin iştirakı ilə sosial tədbirlərin təşkili
  • Bayram günləri ilə bağlı mediada təbriklərin dərc etdirilməsi, müştərilərin təbrik edilməsi və xüsusi günlərdə müştərilərə təbriklərin göndərilməsi
  • Şirkətin fəaliyyəti və naliyyətləri haqda məqalələrin tərtib edilməsi və nəşri
  • Müştərilərlə birbaşa ünsiyyət qurmaq və etibarlı əlaqələri təşviq edilməsi
  • Rəhbərliyin təqdim etdiyi əlavə tapşırıqları icra etmək

CV-ni müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu xanasında qeyd etməklə [email protected] adresinə göndərməyiniz xahiş olunur.

CV-lərin təqdim olunması üçün son tarix: 19.09.22