Mega Həyat Sığorta Məsul Aktuari vəzifəsinə işçi axtarır.
Namizədlərə olan tələblər:
- Sığorta sektorunda aktuari kimi ən az 1 il iş təcrübəsi
- Qanunvericiliklə tələb olunan və qüvvədə olan aktuar şəhadətnaməsi
Əsas vəzifə öhdəlikləri:
- Sığorta müqavilələri üzrə qəbul edilmiş öhdəliklərin və onların maliyyə təminatlarının adekvatlığına nəzarət etmək;
- Sığorta məhsullarının qüvvədə olduğu müddətdə onlar üzrə sığorta ehtiyatlarını hesablamaq;
- Sığorta portfelinin optimallığına nəzarət etmək, zərərlilik əmsallarının hesablamaq;
- Statistik məlumatları və sığorta portfelini təhlil etmək;
- Nəzarət orqanına verilən hesabatları hazırlamaq;
- Maliyyə sabitliyi və ödəmə qabiliyyəti ilə bağlı sığortaçının gündəlik vəziyyətini nəzarətdə saxlamaq;
- Qanunvericilikdə nəzərdə tutulmuş hallarda aktuari rəyi hazırlamaq;
- Rəhbərlik tərəfindən tapşırılan digər hesabatları hazırlamaq və təhlillər aparmaq.
İş şərtləri:
- Əmək müqaviləsi bağlanılır
- İş qrafiki: I-V günlər (09:00-18:00)
- Əmək haqqı: müsahibə əsasında müəyyən ediləcək
Zəhmət olmasa “mövzü” bölməsində “Məsul Aktuari” qeyd etməklə CV-nizi [email protected] mail adresinə göndərin.