PAŞA Technology Kibertəhlükəsizlik üzrə mütəxəssis vəzifəsinə işçi axtarır.
Əsas öhdəliklər:
- "PAŞA Technology" MMC-nin Data Mərkəzləri şəbəkəsinin perimetri və tətbiqlərinin təhlükəsizliyini təmin etmək üçün bütün zəruri yardımların göstərilməsi;
- Təhlükəsizlik əməliyyatları mərkəzində müxtəlif alətlər dəstindən daxil olan həyəcan siqnallarının çeşidlənməsi və yoxlanılmasının həyata keçirilməsi;
- Təhlükəsizlik əməliyyatları mərkəzində istifadə olunan müxtəlif alətlər dəstindən daxil olan həyəcan siqnallarının hərtərəfli təhlilinin aparılması;
- Həyəcan siqnalları və bədbəxt hadisələrin araşdırılması və müvafiq tədbirlərin görülməsi üçün birbaşa rəhbərə bildirilməsi;
- Qəza hadisələri illə əlaqədar cavab tədbirləri və/və ya rəqəmsal şəbəkədaxili araşdırma tədbirləri vasitəsilə yardım göstərə biləcək müstəqil podratçılarla əməkdaşlıqda köməklik göstərmək;
- Yanlış həyəcan siqnallarına reaksiya vermək üçün təhlükəsizlik əməliyyatları mərkəzi ilə əməkdaşlıq;
- Təhlükəsizlik əməliyyatları mərkəzinin komandası tərəfindən yekunlaşdırılmış əsas işlər üçün hadisə sonrası təhlilin aparılmasında iştirak;
- Nasazlıq göstəriciləri kimi taktiki kibertəhdid araşdırmasının istifadəsi və təhlili;
- Proses və siyasətlərə davamlı yardım və uyğunluğun təmin edilməsi: İTİL (İnformasiya Texnologiyaları İnfrastrukturu Kitabxanası), qəza hadisələrinin, problemlərin, texniki dəstək xidmətinin, dəyişikliklərin idarə olunmasında iştirak, əməliyyatların monitorinqi və fəaliyyətin məruzə edilməsinə dəstək;
- Əməliyyatların səmərəliliyi, tapşırıqlar və layihələri müzakirə etmək üçün informasiya təhlükəsizliyi üzrə müntəzəm kəşfiyyat işlərinin aparılması, o cümlədən birbaşa yardımın göstərilməsi və/və ya araşdırma tədbirlərinin həyata keçirilməsində iştirak etmək.
Tələb olunan bilik və bacarıqlar:
Təhsil:
- Texniki sahə üzrə Ali təhsil;
- Mühəndislik və ya texniki sahələr üzrə dərəcəyə üstünlük verilir;
- Texnologiya sahəsində fəaliyyət göstərən şirkətlər tərəfindən verilmiş əlavə sertifikatların olması üstünlükdür;
Təcrübə:
- İnformasiya təhlükəsizliyi və ya şəbəkə texnologiyaları sahəsində minimum 3 il təcrübə tələb olunur;
- Dəyişiklik və buraxılışların idarə edilməsi, o cümlədən İTİL mexanizmləri üzrə təcrübə;
- Ümumi kibertəhlükəsizlik analitikası, rəqəmsal məhkəmə araşdırması, kibertəhdidlərin araşdırılması, koordinasiya və işlərin idarə olunması və digər informasiya təhlükəsizliyi platformaları üzrə təcrübə;
- ISO 27001, ISO 27002, PCI DSS kimi müvafiq standartlar üzrə bilik;
- Aşağıdakı texnologiyalardan ən azı biri ilə bağlı minimum 6 ay təcrübə tələb olunur: Cisco ASA, Juniper (SRX, ScreenOS, SSL-VPN, IDP), Check Point, Sourcefire, Fortinet, Palo Alto Networks;
- SİEM (Təhlükəsizlik Məlumatları və Tədbirlərin Təşkili) üzrə təcrübə;
- Ən azı bir ədəd müvafiq sertifikat tələb olunur (məsələn, GPEN, GWAPT, GCİH, GAWN)
- "Python" proqramlaşdırma dili ilə bağlı praktik bilik;
- Güclü yazılı və şifahi ünsiyyət və əməkdaşlıq bacarıqları;
- İngilis dilində olan texniki materialları rahatlıqla oxuyaraq başa düşmək;
Kompütür bilikləri:
- "Microsoft Office" proqramlarından istifadə bacarıqları;
- Data Mərkəzləri mühiti və "Tier" standartları üzrə bilik;
- Bulud modelləri və bulud təhlükəsizliyi üzrə bilik;
Dil bilikləri:
- İngilis dili - Yaxşı
- Azərbaycan dili - Ana dili
- Rus dili – Yaxşı
Fərdi bacarıqları Davranışlar:
- Biliyini artırmaq və özünü inkişaf etdirmək arzusu;
- Gündəlik əməliyyatlarda dürüst olmaq;
- Əməliyyatların keyfiyyətini təmin etmək;
- Qurum daxilində, həmkarlar, təchizatçılar və tərəfdaşlarla sıx əməkdaşlıq prinsiplərinə əməl etmək;
Son müraciət tarixi: 10 Oktyabr 2022-ci il.
Müraciət etmək istəyən namizədlər vakansiyanın adını “mövzu” bölməsində qeyd etməklə CV-ni [email protected] adresinə göndərə bilərlər. İşə qəbul prosesinin növbəti mərhələsi üçün vakansiyanın tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanacaq.