Aztelekom Daxili kommunikasiya üzrə mütəxəssis VƏZİFƏSİNƏ İŞÇİ AXTARIR.
Əsas vəzifə və öhdəlikləri:
- Daxili kommunikasiya planını hazırlamaq və həyata keçirilməsini təmin etmək;
- Əməkdaşların aktivliyini və şirkətə bağlılığını artırmaq üçün fəaliyyət planı hazırlamaq və həyata keçirmək;
- Daxili kommunikasiya alətlərindən istifadə edərək, əməkdaşlar arasında ünsiyyəti təmin etmək, əməkdaşların iş keyfiyyətinin artırılması üçün təşəbbüslər həyata keçirmək;
- Daxili auditoriyanı ilhamlandırmaq və cəlb etmək üçün bütün kanallar üçün yaradıcı və cəlbedici məzmun hazırlamaq;
- Daxili kommunikasiya və əməkdaşlarla iş üçün müvafiq şöbələrlə iş axışını idarə etmək;
- Müvafiq, cəlbedici məzmunla şirkət daxilində rəhbərlik və əməkdaşlar arasında effektiv ünsiyyəti təmin etmək;
- Daha geniş daxili və xarici kommunikasiya planının/fəaliyyətlərinin hazırlanması və həyata keçirilməsinə iştirak etmək;
- Əməkdaşları məlumatlandıran, fəaliyyətinə ilham verən və biznes məqsədlərinə çatmaq üçün kommunikasiya strategiyasının hazırlanmasına töhvə vermək;
- İnsanlarımızı daxili kanallarımızdakı təşəbbüslər və səylər haqqında maarifləndirmək və məlumatlandırmaq üçün kommunikasiya layihələrinin hazırlanmaq;
- Əməkdaşlarla kommunikasiyanın ardıcıllığını təmin etmək;
- Nəticələrin və taktikaların effektivliyini nümayiş etdirən təhlillərin aparılması, tendensiyaları və təkmilləşdirmə imkanlarını müəyyən etmək;
Tələblər:
- Ali Təhsilli;
- Daxili kommunikasiyalar ilə bağlı strategiya və planların hazırlanması və həyata keçiriliməsi ilə bağlı təcrübəyə sahib olmalı;
- Daxili Kommunikasiya üzrə minimum 1 il təcrübəsi olmalıdır;
- Daxili kommunikasiya trendləri ilə bağlı məlumatlı olmalı;
- Intranet, SharePoint və/və ya digər daxili kommunikasiya platformalarında təcrübəyə sahib olmalı;
- Mürəkkəb layihələrin idarə edilməsi sahəsində təcrübəyə sahib olması arzuolunandır;
- Sahasinə aid olan sənədlərin tərtib etmə bacarıqlarına yüksək səviyyədə malik olmalıdır;
- Öz sahəsi üzrə təlim-tədrisləri hazırlama qabliyyətinə malik olmalıdır;
Bacarıqlar:
- İşgüzar yazışma əsaslarını bilməli;
- MS Office (xüsusi ilə Excel və Outlook) programlarını mükəmməl bilməlidir;
- Analiz etmə qabiliyyətinə malik olmalı;
- Problemlərin həlletmə bacarığına malik olmalıdır;
- Azərbaycan mükəmməl yazılı və İngilis dilində şifahi ünsiyyət bacarıqlarına sahib olmalı;
İş haqqında məlumat:
- 5 günlük iş rejimi (bazar ertəsi - cümə)
- iş vaxtı: 09:00 - 18:00
- iş yeri: Baş ofis, Bakı şəhəri
Müvafiq tələblərə uyğun olan namizədlər mövzu hissəsində “Daxili kommunikasiya üzrə mütəxəssis” vakansiya adını və CV-də şəxsi məlumatlar hissəsində minimum əmək haqqı gözləntilərini qeyd etməklə [email protected] elektron ünvanına göndərə bilərlər.