Socar Polymer Maintenance Planner vəzifəsinə işçi axtarır.
Vəzi̇fəni̇n Qısa Təsvi̇ri̇:
Bu vəzifə, SAP PM vasitəsi ilə bir və ya birdən çox avadanlıq/sistem üçün təmir işlərinin koordinasiyasından; təmir iş əmrləri ilə əlaqədar fəaliyyətlərin maksimum performansını və minimum gecikməsini təmin etmək üçün əməliyyatların planlaşdırılması və prioritetləşdirilməsindən; ehtiyat hissələri ehtiyaclarını əvvəlcədən qiymətləndirmək və iş əmri vasitəsilə sifariş verməkdən, hissələrin inventarını yoxlamaq və problemsiz əməkdaşlığı təmin etmək üçün Təmir və Satınalma şöbələrinin işçiləri ilə birgə işləməkdən məsuldur.
Vəzi̇fə Öhdəli̇kləri̇:
- Daxil olan iş əmrlərinin ilkin təhlili, iş həcminin müəyyənləşdirilməsi və lazımi planlaşdırma səviyyəsinin təhlili
- İş tələblərini müəyyənləşdirmək və sənədləşdirmək üçün sahə baxışları aparmaq
- Təklif olunan işin icrasında qarşılaşılacaq xüsusi təhlükələri müəyyən etmək
- İşin icrası üçün bunları əhatə edən lakin məhdudlaşmayan detallı iş paketi hazırlanması: prosedurların müəyyən edilməsi, tapşırıqlar və iş, planlar, iş əmri tapşırıqları üçün lazım olan saatların, ümumi iş əmrinin müddətinin və tapşırığı yerinə yetirmək üçün lazım olan bacarıqların müəyyən edilməsi, tələb olunan ehtiyat hissələrinin müəyyən edilməsi və ya sifariş edilməsi, podratçılar da daxil olmaqla işlərin yerinə yetirilməsi üçün lazım olan texniki dəstəyin müəyyən edilməsi, podratçı şirkətlərin işə cəlb olunması, işlərin görülməsi üçün lazım olan avadanlıq və ixtisaslaşdırılmış vasitələrin alınması
- Planlaşdırılmış işlərin bacarıqlı işçi qüvvəsi üçün lazımi səviyyədə detallı planlanması
- Texniki qulluq Cədvəlin yaradılması / Yenilənməsi və yerinə yetirilən faktiki işin əsas proqramla müqayisəsi.
- Təmir qrupları üçün iş yükünü və ziddiyyətləri aradan qaldıran mənbələri planlaşdırmaq.
- Bütün fəaliyyətlər üzrə resursların ayrılmasını həyata keçirmək.
- Texniki qulluq cədvəlin kritik yoluna təsir edən fəaliyyətlərin müəyyən edilməsi və düzəliş tədbirlərinin müəyyənləşdirilməsi
- Ehtiyac yarandığı zaman planlama iclasların təşkil edilməsi.
- Həftəlik gözlənilməz hallar haqqında hesabat hazırlamaq, risk və imkanları planlaşdırmaq
- Gündəlik / həftəlik olaraq işlərin proqresinin və kritik hissələrinin yenilənməsini izləmək.
- 2 həftəlik təmir planıın hazırlıq işlərini və bir həftəlik dondurulmuş plan hazırlamaq
- İşlərə dair keyfiyyətə nəzarət və keyfiyyət təminat tələblərinin müəyyənləşdirilməsi və daxil edilməsi
- Lazımi mühəndislik və ya texniki sənədləri, spesifikasiyaları və cizgiləri toplamaq
- Prosedurları aydın və qısa yazmaq
- İşi yerinə yetirmək üçün lazım olan hissələri müəyyənləşdirmək və tənzimləmək.
- Sahədə fiziki olaraq iş görülmə vaxtını artırmaq və səmərəliliyi maksimuma çatdırmaq üçün bütün layihələr üçün hissələri planlaşdırmaq
- Həftəlik iş cədvəli ilə birlikdə iş əmrlərini ixtisaslı işçilərə çatdırmaq
- İş başa çatdıqdan sonra, gələcək işləri daha səmərəli edəcək fikir və prosedurlarla əlaqədar işçilərlə ünsiyyət qurmaq
- Rəhbərlik ilə prioritetlərin təyin edilməsini koordinasiya etmək - prioritetlərin müəyyən edilməsində Əməliyyatlar komandasının işçilərinin töhfəsini əldə etməyə xüsusi diqqət yetirmək
- Mövcud material siyahısına daim nəzarət etmək.
- Müxtəlif formalarda təmir işlərinin qalığını dəqiq ölçə bilmək və hər zaman minimum 2 həftəlik hazır qalıq iş siyahısını saxlamaq
- Avadanlıq və təmir hissələri məlumatlarının daxil edilməsi və idarə edilməsi
- İş başa çatdıqda bütün iş əmrlərinin və texniki xidmət qeydlərinin bağlanmasını təmin etmək
- İş həcminin müəyyənləşdirilməsi və nəzarəti, planlaşdırma, koordinasiya, risklərin qiymətləndirilməsi, icrası və davamlı təkmilləşdirmə kimi kəsintisiz planlaşdırma fəaliyyətlərində iştirak etmək
- Podratçılara verilən xüsusi iş əmrləri və iş əmrinin yerinə yetirilməsi gözləntiləri ilə əlaqədar olaraq podratçı qaynaqları ilə əlaqə saxlamaq. Podratçıları idarə etmir, ancaq iş əmrinin bütün detallarının aydın şəkildə çatdırılmasını və başa düşülməsini təmin edir
- Etibarlılıq Bölməsinin işçiləri ilə birlikdə, xüsusən də proaktiv təmir planı ilə əlaqədar olduqda, təkmilləşdirmə layihələrində iştirak etmək.
- Lazım gəldikdə rəhbərliyin digər vəzifə öhtəliklərini və tapşırıqları yerinə yetirmək
Fərdi̇ Cavabdehli̇kləri:
- Yaradılan bildirişləri nəzərdən keçirmək (düzgün yaradılmasına)
- Hər növ təmir əmrlərini yaratmaq
- İş əmrləri yerinə yetirmək üçün lazım olan işçi və materialları planlaşdırmaq
- Təmir iş əmrlərinin idarə edilməsi və bütün növ əmrlərin vaxtında bağlandığından əmin olmaq
- İş planlama paketi məlumatlarını təmir(növbə) nəzarətçilərinə çatdırmaq
- Gələcək planlaşdırma səylərini inkişaf etdirmək üçün iş əmrləri ilə əlaqəli məlumatları nəzərdən keçirmək
- Bildirişlərə baxış keçirilməsi toplantısını təşkil etmək.
- Material/ehtiyat hissələri/sərf materiallarının çatdırılmasını izləmək
- Planlaşdırma prosesində istifadə ediləcək SAP vasitəsilə profilaktik/proqnozlaşdırıcı təmir (ppm) yaratmaq və izləmək.
- Tez -tez təmir və istehsalat nümaindələri ilə əlaqə saxlamaq.
- İcra olunan işləri qeyd edilməsi
- Materialların iş əmrləri ilə sifariş edilməsi və çatdırılması
- Təmir işlərinin tarixşəsinin izlənməsi
- İş əmri vasitəsilə avadanlıqların performansını izləmək
- Təmir xərclərinin izlənməsi
- Planlaşdırma, hissələrin aydınlaşdırılması, materiallar, xüsusi alətlər, 3-cü şirkət xidmətləri və sənədləşdirmə xərcləri üçün iş planları hazırlamaq
Standart Kvali̇fi̇kasi̇ya Tələbləri̇:
İş təcrübəsi:
- İstehsalat sahəsində minimum 3-5 il iş təcrübəsi (neft-kimya sahəsinə üstünlük verilir)
- SAP/CMMS sistemləri ilə iş təcrübəsi
Dil biliyi:
- Azərbaycan və İngilis dillərini mükəmməl bilmək
- Rus dilini bilmək üstünlükdür
Müraci̇ət Proseduru:
Maraqlanan namizədlər müraciət et bölməsində qeyd olunan linki izləməlidirlər:
Yuxarıda qeyd edilən vakansiya Azərbaycan Respublikasının vətəndaşları və yaxud Azərbaycan Respublikasında daimi yaşayış icazəsi olan şəxslər üçün nəzərdə tutulur. Elan edilən vəzifə üçün bütün uyğun namizədlər qiymətləndiriləcək və bu qiymətləndirmə bərabər əsaslarla aparılacaq. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
Son müraciət tarixi: 13 Oktyabr 2022 ci il