Veysəloğlu Şirkətlər Qrupu İstehsalat üzrə operator vəzifəsinə işçi axtarır.
Vəzifə və öhdəliklər:
- İstifadə edilən avadanlığın işlək vəziyyətdə olmasını yoxlamaq
- Bunkeri şəkər tozu ilə doldurmaq
- Şəkər tozunun bunkerindən dəyirmana verilməsini nizamlayan tənzimləyicidə laboratoriya tərəfindən təyin olunmuş həddin sabit qalmasını, dəyişdirilməməsini təmin etmək
- Üyüdülmüş şəkər pudrası tökülən navalçalara boş kisələri keçirərək xamıtla bərkitmək və navalçaların kranlarını açmaq
- Şəkər üyütmə avadanlığını əməkdaş təlimatına əsasən işə salmaq
- Avadanlığı işə salarkən və söndürərkən avadanlığın hissələrinin işə salınma və söndürülmə ardıcıllığına riayət etmək
- Vəzifəsinin icrası ilə əlaqədar bilavasitə rəhbəri tərəfindən verilmiş digər tapşırıqları yerinə yetirmək
- Texnoloji rejim, qulluq etdiyi avadanlığın quruluşu və istismar qaydalarına əməl etmək
- Nəzarət-ölçü cihazlarının təyinatına və istifadə olunma qaydalarına əməl etmək
- İstifadə olunan avadanlıqlarını istehsal prosesininin sonunda təmizləmək və növbəni digər əməkdaşa təhvil-təslim etmək
- Təmizlik zamanı kimyəvi yuyucu vasitələrlə davranış qaydalarını bilmək və bununla bağlı təlimatlara əməl etmək
Tələblər:
- Ali təhsilin (Texniki sahədə) olması arzuolunandır
- Nizam-intizamlı olmalı, verilən tapşırıqları dəqiq və vaxtında yerinə yetirməli
- Müvafiq ixtisas üzrə azı 6 ay-1 il iş təcrübəsi
Əmək şəraiti:
- İş qrafiki: növbəli, 08:00 - 20:00; 20:00 - 08:00.
- İş məkanı: Bakı şəhəri, Keşlə Qəsəbəsi, Ulduz Şokalad Fabriki
- Yemək və servis təminatı mövcuddur
- Əmək haqqı müsahibə əsasında təyin ediləcək.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 15 Oktyabr tarixinədək emailin mövzu hissəsində “İstehsalat üzrə operator” və ad, soyad qeyd edərək [email protected] elektron ünvanına göndərə bilərlər. İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.