Kapital Bank namizədləri Risklərin İdarə Edilməsi Departamentinin Kredit Risklərinin İdarə Edilməsi şöbəsinə Mütəxəssisi / Aparıcı mütəxəssis / Baş mütəxəssis vakansiyasına müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Öhdəliklər
- Yaradılan yeni kredit məhsulları üzrə potensial risklərinin müəyyən edilməsi və təkliflərin verilməsi;
- Kredit əməkdaşlarının mükafatlandırma sisteminin daimi qiymətləndirilməsi və təkmilləşdirilməsi ilə bağlı təkliflər vermək;
- Risk limitlərinin hesablanmasına dair təkliflər verilməsi və risk limitlərinə riayət olunmasına nəzarətin həyata keçirilməsi;
- Fəaliyyəti ilə bağlı nəticələrin hesabatlılığının rəhbərliyə təqdim edilməsi;
Tələblər
- İqtisadi sahə üzrə ali təhsil;
- Yüksək ünsiyyətqurma qabiliyyəti;
- Fikrin strukturlaşdırılması və düzgün mətnləşdirilməsi qabiliyyəti;
- Analitik təfəkkür və yüksək təhliletmə qabiliyyəti;
- Bank əməliyyatları və biznes prosesləri barədə biliklər;
- İri həcmli məlumat bazası ilə işləmək və SQL kodlaşdırmanın edilməsi
Əgər təklifimiz Sizə maraqlıdırsa, //hr.kapitalbank.az/ portalımızdan qeydiyyat keçərək və yaxud [email protected] email ünvanına CV göndərərək vakansiyamıza müraciət eləyə bilərsiniz.