VAKANSİYA

12 Sentyabr

"Yelo Bank" işçi axtarır – VAKANSİYA

Nəzarətçi

Karyerasını “Parlaq bankçılıq”da inkişaf etdirmək istəyən namizədlərimiz üçün hazırda “Bank təhlükəsizliyi departamentində Nəzarətçi” vakansiyasını elan edirik.

Siz elektron poçtun “mövzu” yerinə “Nəzarətçi” qeyd etməklə öz CV-lərinizi göndərə bilərsiniz.

Struktur: Bank təhlükəsizliyi departamenti 

Bilavasitə tabeçiliyi: Departament direktoru və / və ya şöbə meneceri

Vəzifə öhdəlikləri:

  • Bank təhlükəsizliyinin təşkili məsələləri üzrə normativ və təlimat sənədlərini, nəzarətçilərin fəaliyyətləri ilə bağlı digər təşkilati və tənzimləyici sənədləri bilmək; 

  • Obyektin mühafizəsi üzrə hazırki vəzifə təlimatının və nəzarətçinin xidməti fəaliyyətini tənzimləyən digər sənədlərin tələblərini şərtsiz yerinə yetirmək; 

  • Bank təhlükəsizliyinin təmin edilməsi xüsusiyyətlərini, Bankda tətbiq olunan texniki mühafizə vasitələrinin və yanğından müdafiə vasitələrinin xüsusiyyətlərini bilmək, onlardan istifadə etməyi bacarmaq;   

  • Bankın işçilərinin, müştərilərinin və ziyarətçilərinin, həmçinin əmlakının təhlükəsizliyinə nəzarəti təmin etmək; 

  • Bankda müəyyən edilən buraxılış rejimini həyata keçirmək və obyektdaxili rejimə riayət olunmasına nəzarət etmək; 

  • Postda olan xidməti sənədləşməni səliqəli və düzgün aparmaq; 

  • Əməyin mühafizəsi, təhlükəsizlik texnikası və yanğın təhlükəsizliyinin qaydalarını və normalarını şərtsiz yerinə yetirmək; 

  • Departament nəzarətçiləri ücün nəzərdə tutulmuş tələblərə cavab verən peşəkar hazırlığın lazımi səviyyədə saxlanılması; 

  • Postda təmizliyi və nizamı saxlamaq; 

  • Bankın işçilərinə, müştərilərə və ziyarətçilərə mehriban və səmimi münasibət göstərmək; 

  • Bankın obyektlərində baş verən hadisələr və pozuntular barədə dərhal növbəyə rəhbərlik edən baş nəzarətçiyə məruzə etmək.

Tələblər:

  • İş təcrübəsi tələb olunmur, lakin mühafizə bölmələrində iş təcrübəsi olanlara və hərbi xidməti başa vuranlara üstünlük verilir;

  • Azərbaycan və rus dilini səlis bilmək;

  • Orta təhsil və ya daha yuxarı təhsil;

  • Səlis yazılı və şifahi ünsiyyət qurma bacarığı; 

  • Müşahidə etmək, təhlil etmək, tez qərar qəbul etmək qabiliyyətləri; 

  • İnsan davranışını təhlil etməyi, aqressiv davranışları qabaqcadan görmək bacarığı;

  • Təmkinli olmaq bacarığı;

  • Şifahi və yazılı hesabat vermə bacarığı;

  • Fövqəladə hallar zamanı ilkin yardım göstərmək bacarığı.

Biz Sizə nə təklif edirik:

  • Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti;

  • Performansın illik qiymətləndirməsi və gələcək karyeranızın qurulması üçün geniş imkanlar;

  • Ttibbi sığorta proqramına qoşulma;

  • Müasir idarəetmə sistemi və mehriban kollektiv.

İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

 Son tarix 07 okt 2022 - [email protected]