VAKANSİYA

12 Sentyabr

"Avrora" şirkəti işçilər axtarır - VAKANSİYA

Avrora  Brend Menecer vəzifəsinə işçi axtarır.

Əsas vəzifə öhdəlikləri:

  • Portfelində mövcud olan məhsulların satışlarını artırmaq məqsədilə ticarət nöqtələrində aksiyaların keçirilməsinin planlanılması və reallaşdırılması;

  • Portfelində mövcud olan brendlər üzrə düzülüş normativlərinin hazırlanması, Satış komandasına məlumat verilməsi və icrasının izlənilməsi;

  • Rəqib şirkətlərin bazarda fəaliyyətlərinin və qiymət strategiyalarının təhlil edilməsi, təhlil zamanı yaranmış fürsətlərin və risklərin dəyərləndirilməsi, portfelinə uyğun lazımı tədbir planının hazırlanması;

  • Mütəmadi olaraq gündəlik/aylıq istehsal olunan məhsulların miqdarının izlənilməsi, nəzərdə tutulmuş istehsal planından kənarlaşma olduğu təqdirdə müvafiq tədbirlər görülməsi, birbaşa rəhbərinə istehsalın gedişatına dair müvafiq hesabatların hazırlanaraq təqdim edilməsi;

  • Həvalə edilmiş kateqoriya üzrə inkişaf strategiyasına cavabdehlik daşıması, portfelinin optimizasiyasını, yeni məhsulların buraxılmasını, aktual olmayan məhsulların delistinin həyata keçirilməsi;

  • Marketinq planının hazırlanmasında iştirak etməsi və həmin plan üzrə müxtəlif marketinq tədbirlərinin həyata keçirilməsi (reklam kampaniyaları, təqdimatlar və s.);

  • Brend üzrə qiymət siyasətinin mütəmadi olaraq təhlil edilməsi və inkişaf etdirilməsi;

  • Məhsulun bazarda mövqeyinin izlənilməsi (məhsul satışının gedişatı, bunun üçün tələbat), istehlakçıların məhsula olan münasibətinin müəyyənləşdirilməsi, brendin imicinin müntəzəm tədqiqatının aparılması.

Tələb olunan bilik və bacarıqlar:

 

  • Dəqiqlik, detallara diqqət yetirmək qabiliyyəti;

  • Güclü analitik düşüncəyə malik olması;

  • Təqdimat proqramlarında işləmək bacarığı (PPT, Visio və s.);

  • Excel proqramı üzrə bilikler (orta səviyyədə);

  • Kollektivdə işləmə bacarığı.

Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri:

  • Təhsil: Marketinq ixtisası üzrə bakalavr dərəcəsi;

  • İş təcrübəsi: Brend Marketinq sahəsi üzrə 2-4 il iş təcrübəsi;

  • Dil bilikləri: Azərbaycan (əla), İngilis (orta) və Rus dili (orta).

İş şərtlərimiz:

  • İş qrafiki: Tam iş günü (5 gün);

  • İş saatları: 09:00-18:00;

  • İş yeri: Bakı şəh., Aşıq Molla Cümə küç. 46C.

Biz nə təklif edirik:

  • Əmək bazarında rəqabətli əməkhaqqı;

  • İşçilərə qayğı proqramı;

  • Peşəkar komanda mühiti;

  • Nahar;

  • Şirkət hesabına korporativ nömrə;

  • Təlim və inkişaf imkanları.

Göstərilən tələblərə cavab verən  namizədlərdən CV-lərini mövzu hissəsinə “Brend Menecer” yazaraq ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

 

Elektronçu

 Son tarix 08 okt 2022 - [email protected]

Əsas vəzifə öhdəlikləri:

  • İstehsalat avadanlıqlarının təmiri və diaqnostikası;

  • Elektron avadanlıqların modul və komponent səviyyəsində təmiri;

  • Elektron avadanlıqların istifadə qaydası üzrə təlimatların hazırlanması;

  • Elektron platalardakı nasazlıqları təmir etmək;

  • Elektron avadanlıqların texniki vəziyyətinin yoxlanmasında iştirak;

  • Təmir olunmuş elektron avadanlıqlara texniki baxış;

  • Elektrik mühərriklərindəki nasazlıqları aradan qaldırır;

Tələb olunan bilik və bacarıqlar:

  • Elektron avadanlıqların istismar qaydalarını bilmək;

  • Elektronik ehtiyyat hissələrin təmir və dəyişdirilməsi qaydası

  • Layihələrlə işləyə bilmək bacarığı;

  • İstehsal avadanlıqları üzrə elektronik biliklər;

Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri:

  • Təhsil: Ali (Energetika üzrə);

  • İş təcrübəsi: Ən az 3 il müvafiq sahə üzrə (Qida istehsalı sahəsi üzrə təcrübə üstünlükdür);

  • Yaş həddi: 25 – 45 aralığı;

  • Dil bilikləri: Azərbaycan dili (Rus dili və İngilis dili arzuolunandır);

  • MS Office proqramlarını bilmək;

İş şərtlərimiz:

  • İş qrafiki: Növbəli iş qrafiki;

  • Nahar şirkət tərəfindən təmin olunur;

  • İş yeri Avrora Sənaye Parkı (Hökməli qəs).;

  • Servis şirkət tərəfindən təmin olunur.

Biz nə təklif edirik:

  • Əmək bazarında rəqabətli əməkhaqqı;

  • İşçilərə qayğı proqramı;

  • Peşəkar komanda mühiti;

  • Təlim və inkişaf imkanları;

Göstərilən tələblərə cavab verən  namizədlərdən CV-lərini mövzu hissəsinə “Elektronçu” yazaraq [email protected] adresinə göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.