Aqrar İnnovasiya və Təchizat Şirkəti
Korporativ Satış üzrə Mütəxəssis
Son tarix 08 okt 2022 - [email protected]
Namizədə olan tələblər:
- Təcrübə: Korporativ Satış sahəsi üzrə minimum 3 il təcrübə;
- Dil bilikləri: Azərbaycan dili (səlis), Rus dili (arzuolunandır);
- Təqdimat bacarığı;
- İnandırma bacarığı;
- Satış texnikaları üzrə biliklər;
- Ünsiyyət qurma bacarığı;
- Komandada işləmək bacarığı;
Vəzifə öhdəlikləri:
- Müxtəlif kateqoriyalı kənd təsərrüfatı məhsullarının korporativ satışının həyata keçirilməsi;
- Müştərilərə məhsul qruplarının tanıdılması;
- Müştəri bazasının formalaşdırılması və artırılması üçün aktiv B2B görüşlərinin keçirilməsi;
- Müştəri tələblərinin öyrənilməsi, qarşılanması və daimi loyallığın təmin edilməsi;
- Müştəri borc öhdəlikləri və ödənişlərini daim nəzarətdə saxlamaq;
- Məhsulların təmin edilməsi prosesini tam nəzarətdə saxlamaq, sənədləşmə məsələlərini həll etmək.
İş şərtlərimiz:
- Əmək haqqı: 1200AZN + bonus;
- İş qrafiki : 5 gün (bir neçə həftədən bir şənbə günü növbəli iş vardır;
- İş saatları: 08:30-17:30;
- İş yeri: Ə.Rəcəbli/Çinar Park;
- Şirkət tərəfindən korporativ nömrə;
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Korporativ Satış üzrə Mütəxəssis” yazaraq göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır