Metak Qaynaqçı-operator vəzifəsinə işçi axtarır.
İşin təsviri:
- Elektrik və qaz qaynağı aparatlarının işə hazır vəziyyətə gətirmək;
- Metal bantları kəsmək, birləşdirmək üçün müvafiq qaynaq alətlərini istismar etmək, onları işlətmək, təlimatlara uyğun olaraq fəəaliyyət ardıcıllığını müəyyən etmək;
- Vəzifə təlimatına əsasən digər əmək funksiyalarını yerinə yetirmək.
Tələblər:
- Orta-texniki təhsili;
- Qaynaq üzrə müvafiq sertifikasiyaya malik olmalı;
- Analoji sahədə ən azı 3 il iş təcrübəsi;
- İşə məsuliyyət, təmkinli davranış.
İş şərtləri:
- Nahar şirkət tərəfindən verilir;
- Nəqliyyat xidməti şirkət tərəfindən göstərilir;
- Əmək haqqı danışıq əsasında.
Maraqlanan namizədlər müraciət edə bilərlər.