166 Yükdaşıma və Logistika Texniki dəstək üzrə mütəxəssis vəzifəsinə işçi axtarır.
Öhdəliklər:
- Təşkilatın infrastrukturunda istifadə olunan proqram təminatlarının dəstəklənməsi;
- Kompüter və digər texniki avadanlıqların quraşdırılması və şəbəkəyə qoşulması;
- Şəbəkədə və avadanlıqda yaranan problemin diaqnostikasının aparılması və yaranan nasazlıqların aradan qaldırması;
- Yerli şəbəkə xətlərinin quraşdırılması;
- Əməliyyat sistemlərinin ( windows 10,11 ) quraşdırılması və sazlanması;
- Ofis proqramlarında işləmə bacarığı, yarana biləcək problemin aşkarlanması və aradan qaldırılması;
- Tələb olunan hesabatların hazırlanması və aidiyyatı üzrə təqdim edilməsi.
Tələblər:
- Sahə üzrə ali və ya peşə təhsili;
- Sahə üzrə min. 1 il iş təcrübəsi;
- Azərbaycan və Rus dilində sərbəst ünsiyyət bacarığı;
- Texniki biliklər (Sadə əməliyyat sistemləri, PC, notebook, şəbəkə avadınlıqlarını bilmək, periferik qurğular haqqında məlumatlı olmaq və s.)
- Ofis proqramlarında işləmək bacarığı;
- Komandada işləmək bacarığı.
İş şərtləri:
- İş qrafiki 5 günlük, saat 09:00-18:00
- Əmək haqqı 500-600 Azn
- Karyerada yüksəliş imkanı
Müraciət:
- Namizədlər mövzu hissəsinə “Texniki dəstək üzrə mütəxəssis” qeyd edərək elekton ünvanına CV formalarını göndərə bilər.