PASHA Bank Layihə Meneceri / Baş Layihə Meneceri vəzifəsinə işçi axtarır.
İşiniz nədən ibarətdir?
- Strateji təşəbbüs portfoliosunun səmərəli şəkildə reallaşdırılması;
- Bir və ya çoxsaylı biznes xəttini əhatə edən kompleks İT və ya biznes təşəbbüsləri proqramlarının idarəedilməsi;
- Strateji plan, məqsəd, təşəbbüs və hədəflər barədə şirkət səviyyəsində məlumatlılıq;
- Proqramın strateji məqsədlərinin həyata keçirilməsi və onun dəstəkləməsi üçün çoxsaylı layihələrin idarəedilməsi;
- Təşəbbüslərin icrasının, proqram, proqram elementlərinin və qrup fəaliyyətinin izlənilməsi və qiymətləndirilməsi;
- Təşəbbüslərin icrasında boşluqların, ziddiyyətlərin müəyyənləşdirilməsi və İdarə Heyətinə şəffaf şəkildə təqdim olunması;
- İllik büdcə planlarının davamlı yenilənməsi prosesinə dəstək, mütəxəssis rəyinin təmin edilməsi, funksiyalararası müzakirələrdə iştirak;
- Proqramın müvəffəqiyyət meyarlarının nəticəsi, ölçü parametrləri, sınaq testlərinin idarəedilməsi barədə hesabatların hazırlanması;
- Layihənin uğurla həyata keçirilməsinə başlanma vaxtından bir iri və ya eyni anda bir neçə kiçik təşəbbüsün tətbiqinə qədər tam icra edilməsi;
- Əsas maraqlı tərəflərin qiymətləndirəcəyi texniki-iqtisadi əsaslandırmalarda, təchizatçı seçimlərində və təkliflərin verilməsində iştirak və ya yönləndirmə;
Sizdən nə tələb olunur?
- Təhsil: Maliyyə və ya İqtisadiyyat üzrə Bakalavr təhsili
- İş təcrübəsi: Baş mütəxəssis üçün müvafiq sahədə minimum 2-5 il / Mütəxəssis üçün 2 ildən artıq
- Lisenziya / Sertifikat: PMI / PMP, Prince 2 sertifikatı
- Xarici dillər: İngilis (səlis), Rus (səlis)
- Kompüter bilikləri: Microsoft Office, layihə idarəedilməsi proqramları (məs. Jira).
- Məhsul üzrə biliklər: Biznes texnologiyaları üzrə təcrübə
- Bazar üzrə biliklər: Makro iqtisadiyyat və bank sektoru
- Digər: Proqram təminatı yazılma proseslərinin biliyi, İT arxitekturası və infrastrukturu barədə biliklər
- Şəxsi münasibətlərin qurulması və idarə etmək bacarığı
- Güclü ünsiyyət bacarığı (yazılı və şifahi)
Müraciət edin:
Tələblərə cavab verdiyiniz halda, müraciətlərinizi başlıqda “Layihə Meneceri / Baş Layihə Meneceri” qeyd edərək [email protected] mail adresinə göndərməyiniz xahiş olunur.