PAŞA Bank Kibertəhlükələrin aşkarlanması və İnsidentlərin Monitorinqi üzrə Assistent vəzifəsinə işçi axtarır.
İşiniz nədən ibarətdir?
- Sxem və proseslərə əsasən istifadəçi, şəbəkə, proqram, sistem və fiziki aktivlərə giriş monitorinqinin aparılması;
- Məlumat sistemlərinin daxili və xarici təhdidlərdən qorunması;
- İnsidentin prioritetliyinin müəyyən edilməsi;
- Təhlükəsizlik riskləri və təhdidlərini aşkarlamaq məqsədilə təhlükəsizlik hallarının monitorinqi və analizinin aparılması üçün müxtəlif təhlükəsizlik və monitorinq vasitələrindən istifadə;
- İnsidentlərin mövcudluğunun yoxlanılması;
- Son istifadəçilər tərəfindən imeyl vasitəsilə daxil olan həyacanların nəzərdən keçirilməsi və sorğu açılması;
- Daxil olan sorğuların birinci dərəcəli çeşidlənməsinin aparılması;
- Hadisənin prioritetliyinin ilkin qiymətləndirilməsi, risk və zədələrin müəyyən edilməsi, təhlükəsizlik və ya məxfi məlumat sorğusunun müəyyən edilməsi məqsədilə insidentin aşkarlanması;
- İlkin tədqiqatın aparılması, həyəcanların və onlara asılı olan sistemlərin monitorinqi;
- Yüksək prioritetli insidentlər haqqında L2 analitiklərin məlumatlandırılması və insidentlərin L2 analitiklərinə eskalasiya edilməsi;
- İnsidentlərin həllində və onların eskalasiya olunduğu təqdirdə aktiv iştirak;
- İnsidentin idarəedilməsi prosesini dəstəkləmək üçün digər komanda heyəti ilə sıx əməkdaşlıq;
- Təyin olunmuş sorğuların növbəliliyi əsasında işlənilməsi;
- Aşağı və bəzi orta dərəcəli insidentlərə cavab verilməsi;
- Yanlış həyəcanlarla bağlı mühəndislik komandasına məlumat verilməsi;
- Cari zəifliklər və təhdidlər haqqında daxili sistemlərə birbaşa təsir edənlər haqqında məlumatlı olmaq.
Sizdən nə tələb olunur?
- Təhsil: İnformasiya Texnologiyaları, Riyaziyyat və digər əlaqəli sahədə Bakalavr təhsili
- İş təcrübəsi: tələb olunmur
- Dil bilikləri: İngilis
- Kompüter bilikləri:
- Ümumi kibertəhlükəsizlik anlayışı
- Ümumi desktop OS və server OS biliyi
- Şəbəkə protokolları (i.e. TCP/IP)
- Təhlükəsizlik təhdidləri və zəifliklər haqqında ümumi məlumat
- Active Directory, LDAP, DNS, VPN və DHCP haqqında anlayış
- Firewall, Anti-Malware haqqında bilik
Digər:
- Analitik və problem həll etmə bacarıqları
- Komandada iş
- Effektiv şifahi və yazılı ünsiyyət bacarıqları
Müraciət edin:
Tələblərə cavab verdiyiniz halda, müraciətlərinizi 20.09.2022-ci il tarixinədək başlıqda “Kibertəhlükələrin aşkarlanması və İnsidentlərin Monitorinqi üzrə Assistent” qeyd edərək [email protected] mail adresinə göndərməyiniz xahiş olunur. Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.