Kapital Bank namizədləri İT İnfrastruktur Departamentinin Prosessinq Şöbəsinin Baş mütəxəssisi vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Öhdəliklər
- Prosessinq Mərkəzi üçün rəhbərliyin təklif etdiyi standartlar əsasında proqram təminatının tətbiqi;
- Bilavasitə rəhbərinin göstərişlərinin, təlimatlarının və tapşırıqlarının keyfiyyətli və vaxtında yerinə yetirilməsi;
- Prosessinq proqram təminatının inkişafı üzrə biznes tələblərin ekspert təhlili;
- Prosessinq Mərkəzinin fasiləsiz, təhlükəsiz fəaliyyətinin və səmərəli istifadəsinin təmin edilməsi;
- MasterCard və VISA Beynəlxalq Ödəniş Sistemləri texnologiyalarının tətbiqi;
- Texniki sənədlərin hazırlanması;
- MasterCard və VISA Beynəlxalq Ödəniş Sistemlərinin tələblərinə və iş texnologiyalarına, maliyyə tranzaksiyaları standartlarına (ISO8583) uyğunluğunun nəzarətdə saxlanılması və s.
Tələblər
- Ali təhsil;
- Sahə üzrə minimum 3 il iş təcrübəsi;
- Vahid komandada işləmək qabiliyyəti;
- Gərgin əmək şəraitində işləmək qabiliyyəti;
- Məsuliyyətli, diqqətli olmaq.
Əgər təklifimiz Sizə maraqlıdırsa, //hr.kapitalbank.az/ portalımızdan qeydiyyat keçərək və yaxud [email protected] email ünvanına CV göndərərək vakansiyamıza müraciət eləyə bilərsiniz.