Kapital Bank namizədləri İT İnfrastruktur Departamentinin Prosessinq Şöbəsinin Meneceri vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Öhdəliklər
- Proqram təminatının fasiləsiz, təhlükəsiz fəaliyyətinin və səmərəli istifadəsinin təmin edilməsi;
- Problemlərin həll olunmasında vendorlar və struktur bölmələr ilə qarşılıqlı əlaqənin saxlanılması, texniki sənədlərin hazırlanması və texniki həllərin realizasiyası;
- Qabaqçıl Prosessinq Mərkəzinin inkişafı və dəstəklənməsi;
- Beynəlxalq Ödəniş Sistemlərinin tələblərinə və iş texnologiyalarına, maliyyə tranzaksiyaları standartlarına uyğun işləmə prinsipinin təmin edilməsi;
- Prosessinq Mərkəzinin proqram kompleksinin iş fəaliyyətinin prinsiplərinin tətbiqi və s.
Tələblər
- Ali təhsil;
- Sahə üzrə minimum 5 il iş təcrübəsi;
- Vahid komandada işləmək qabiliyyəti;
- Gərgin əmək şəraitində işləmək qabiliyyəti;
- Məsuliyyətli, diqqətli və analitik olmaq;
- İnsanlarla işləmək bacarığı.
Əgər təklifimiz Sizə maraqlıdırsa, //hr.kapitalbank.az/ portalımızdan qeydiyyat keçərək və yaxud [email protected] email ünvanına CV göndərərək vakansiyamıza müraciət eləyə bilərsiniz.