AS Qrup İnvestment Korporativ Hüquqşünas vəzifəsinə işçi axtarır
Əsas vəzifə və öhdəlikləri:
- Cəmiyyətdaxili korporativ qaydaların, proseslərin, prosedurların, daxili normativ aktların tərtibatında iştirak edir;
- Müqavilə nümunələrini, o cümlədən müvafiq hüquqi sənəd nümunələrini hazırlayır, Cəmiyyət adından bağlanılan müqavilələrin tərtib edilməsində iştirak edir və həmin müqavilələrin hüquqi cəhətdən düzgün tərtib edilməsi barədə rəy verir;
- Təklifləri təhlil edir və müştərilər, təchizatçılar və işçilərlə məcburi hüquqi şərtlərin müqavilə şərtləri ilə uyğunluğunu və Cəmiyyətin siyasətinə uyğunluğunu təmin edir;
- Vergi, satınalma, əmək, gömrük və digər qanunvericiliyin tələblərinə uyğun Cəmiyyətdə hüquqi proseslərin tənzimlənməsini həyata keçirir;
- Bağlanmış müqavilələrin düzgün icra olunmasında cəmiyyətin aidiyyəti strukturlarına hüquqi yardım göstərir;
- Cəmiyyətin fəaliyyəti ilə əlaqədar hüquqi təminatı həyata keçirir, normativ sənəd bazasını hazırlayır, zəruri dəyişiklikləri edir;
- Cəmiyyətin mənafeyinin müdafiəsi tələb edilən işlər üzrə məhkəmələrdə baxılan işlərdə iştirak edir və onların etibarlı müdafiəsini təmin edir;
- Birbaşa təbe olduğu rəhbərin nəzarəti altında iddia ərizələrini, pretenziyalarını, məhkəmə aktlarından apelyasiya, kasasiya və müxtəlif tipli şikayətlərin hazırlanması;
- Daxil olan ərizə, şikayət və tapşırıqları keyfiyyətlə icra edir;
- Cəmiyyətin adından mülki, cinayət və digər xarakterli əməllərin qarşısının alınması üçün iddialar qaldırır;
- Cəmiyyətin birbaşa təsisçisi və ya payçı olduğu törəmə və asılı şirkətlərindən daxil olan hüquqi sənədlərə rəy və müvafiq hüquqi dəstək verir;
- Birbaşa rəhbərin yazılı və şifahi tapşırıqlarını yerinə yetirir.
Tələb Olunan İxtisaslaşma, Bilik, Təcrübə və Bacarıqlar:
- Ali Hüquq Təhsili;
- Müvafiq sahədə azı 5 illik iş stajı;
Gözlənilən müvafiq təcrübə:
- Əsasən Mülki, Mülki Prosessual,Əmək, İnzibati Xətalar və baza vergi biliklərinə dair qanunvericiliyi
- Dövlət Satınalma haqqında AR Qanunu (tender və kotirovkaların keçirilməsi qaydalarını);
- İşgüzar və korportaiv yazışma əsaslarını;
- Peşəkar ünsiyyət psixologiyası;
- Azərbaycan Respublikasının Əmək Qanunvericiliyi;
- Korporativ İdarəetmə sisteminin əsasları, daxili korporativ sənədlərin işlənib hazırlanması təcrübəsi.
- Müxtəliq xarakterli işgüzar müqavilələr hazırlamaq, hazır və ya kontragentlərin təqdim etdiyi müqavilələrə təmsil etdiyi tərəfin maraqlarına cavab verən müvafiq əlavə, dəyişikliklərin edilməsi, hüquqi rəylərin tərtib edilməsi və s. ;
- Öz sahəsi üzrə qüvvədə olan normativ hüquqi və təlimat-metodik sənədlərin tərtibatını;
- Azərbaycan dilini yüksək (ingilis dili yaxşı səviyyədə) səviyyədə;
- Word, Excel , Outlook və Power Point proqramları.
Şəxsi keyfiyyətlər:
- Fikrini izah etmək qabiliyyəti;
- Ünsiyyət qurmaq bacarığı;
- Komandada işləmək bacarığı;
- İşə planlı yanaşma bacarığı;
- Öz üzərində daima çalışmalı;
- Stress və gərgin iş şəraitində işləmək bacarığı;
- Böyük iş həcmi ilə işləmək bacarığı.
MAAŞ GÖZLƏNTİSİNİ (CV-də) və müraciət etdiyiniz vəzifənin adını e-məktubunuzun mövzu hissəsində (Korporativ Hüquqşünas) qeyd etməyinizi xahiş edirik.
Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqlar.
CV-ləri [email protected] mail adresinə göndərə bilərsiz.