Azərbaycan Dəmir Yolları Xarici Satınalma üzrə Mütəxəssis vəzifəsinə işçi axtarır.
İşin təsviri:
- Müsabiqənin başlanması üçün protokolun tərtib olunması;
- Müsabiqə təklifinin qiymətləndirilməsi, müqayisənin aparılması və nəticələrin müvafiq əməkdaşlara təqdim edilməsi;
- Təklif zərflərinin açılması zamanı müvafiq açılış protokolunun tərtib olunması;
- Tərtib olunmuş protokolların elektron sistemdə yerləşdirilməsi;
- Qiymətləndirmə protokolunun və yekun protokolun tərtib olunması;
- İşin zərurətindən irəli gələn digər tapşırıqların icrasının təmin edilməsi.
Tələb olunan təhsil, təcrübə və bacarıqlar:
- Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi;
- Müvafiq sahə üzrə ali təhsil;
- Satınalma əməliyyatları və dövlət satınalmaları üzrə biliklər;
- Satınalma prosesləri zamanı olan sənədləşmə üzrə biliklər;
- MS Office proqramlarında yaxşı səviyyədə işləmək bacarığı;
- İngilis və rus dillərində yaxşı səviyyədə danışmaq və rəsmi yazışmalar aparmaq bacarığı.
Müraciət etmə qaydaları:
Maraqlanan namizədlərdən aşağıdakı link vasitəsilə “Azərbaycan Dəmir Yolları” QSC-nin rəsmi karyera səhifəsinə keçid edərək vakansiyaya müraciət etmələri xahiş olunur.