VAKANSİYA

24 Avqust

Kapital Bank işçi axtarır - VAKANSİYA

Ümumi məlumat

Kapital Bank namizədləri İT İnfrastruktur Departamentinin Sistem və şəbəkənin idarə edilməsi şöbəsində aparıcı mütəxəssis/baş mütəxəssis vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Öhdəliklər

  • Serverlərdə proqram təminatlarının quraşdırılması, sazlanması və işlək vəziyyətdə olmasının, o cümlədən server və iş stansiyalarında quraşdırılmış  proqram təminatlarının inteqrasiyasının təmin edilməsi;         
  • Server stansiyalarında yeniləmələrin quraşdırılması və nizamlanması;        
  • Elektron poçt və ismarıc xidmətlərinin təşkili və idarə olunması (Exchange Servers, Skype for Business, Microsoft Teams);     
  • Big İP F5 avadanlığının idarə olunması;      
  • Sistem infrastrukturunda zəif nöqtələrin müəyyən edilməsi və kritik (fövqəladə) hadisələrə vaxtında reaksiya verilməsi;       
  • Sistemin dayanıqlığı və fasiləsiz işləməsinin təmin edilməsi;          
  • Sistem konfiqurasiyalarının sənədləşdirilməsi;         
  • Sistemdə mümkün olan nasazlıqları müəyyən edib aradan qaldırmaq məqsədilə test və profilaktik baxışların təşkil edilməsi və s.

Tələblər

  • Ali təhsil;
  • Müvafiq sahə üzrə minimum 3 illik iş təcrübəsi;
  • Microsoft texnologiyaları üzrə iş təcrübəsi: Windows Server OS, ADDS, ADFS, GPO, DNS, DHCP, ADCS, WSUS, DFS, FSRM, SFTP, NTP, SCCM, SCOM, LAPS, Exchange , MS Failover Cluster, MS RDS,  PowerShell, İİS, Print;
  • Bulud həllər üzrə iş təcrübəsi: AAD, MS O365;     
  • Virtuallaşma üzrə iş təcrübəsi (Vmware Vcenter, VMware Replication, Vmware SRM, ESXİ 6.5 və yuxarı);
  • PRTG, Zabbix və s. Monitorinq alətləri ilə iş təcrübəsi;      
  • Linux / Unix əməliyyat sistemləri üzrə iş təcrübəsi; 
  • Yedəklənmə və arxivləşdirmə texnologiyaları üzrə iş təcrübəsi (Veeam BackupReplication).

Əgər təklifimiz Sizə maraqlıdırsa, //hr.kapitalbank.az/ portalımızdan qeydiyyat keçərək və yaxud [email protected] email ünvanına CV göndərərək vakansiyamıza müraciət eləyə bilərsiniz.