A-QROUP SIĞORTA ŞİRKƏTİ 1995-ci ildə yaradılmışdır. A-Qroup özəl və 100% milli şirkətdir.
A-Qroup Sığorta Şirkəti Tibbi sığorta, Bədbəxt hadisələrdən fərdi sığorta, Əmlak sığortası, Nəqliyyat vasitələrinin sığortası, Xarici səfərlər zamanı sığorta, Peşə məsuliyyəti sığortası və s. ilə sığorta növləri ilə məşğul olur. Fəaliyyətinin başlıca istiqamətini isə Tibbi sığorta təşkil edir. Uzun illərdir ki A-Qroup Sığorta Şirkəti Azərbaycan sığorta bazarında Könüllü Tibbi Sığorta üzrə liderliyi əldə saxlayır. A-Qroup Sığorta Şirkətinin mükafatları: CIBC Award 2005 – dinamik maliyyə inkişafı, UGUR Award 2005 – İlin Sığorta Şirkəti. A-Qroup ISO: 9001/2008 standartlarına uyğun keyfiyyətə nəzarət sistemi üzrə fəaliyyit göstərir.
Sığorta proqramlarının inkişafında müştərilərimizin arzu və tövsiyələri, aparılan araşdırmaların və mütəxəssislərimizin uzun müddətli iş təcrübəsinin nəticələri nəzərə alınmışdır. Müştərilər üçün yüksək səviyyəli tibbi yardım təşkil etmək üçün şirkətimiz Bakı şəhərində və Azərbaycan Respublikasında fəaliyyət göstərən ən qabaqcıl klinikaların daxil olduğu xüsusi tibbi yardım sistemi işləyib hazırlamışdır.
- Ünvan ул. Р.Бейбудова 87А
- Əlaqə nömrəsi (+994 12) 377-09-09 , (+994 12) 498-21-81/83/84 , (+994 50) 220-47-45 *0909
- Vebsayt a-group.az
VAKANSİYA: Məsul Aktuari
Vəzifə öhdəlikləri:
- Qanunla müəyyən edilmiş sığorta siniflərinin təsnifatına müvafiq olaraq sığorta risklərinin tədqiqi və sistemləşdirilməsi;
- Maliyyə sabitliyi və ödəmə qabiliyyəti ilə bağlı sığortaçının gündəlik vəziyyətinin nəzarətdə saxlanılması;
- Sığorta tariflərinin hesablanmasının təmin edilməsi, müvafiq qaydada modelllərin təkmiləşdirilməsi ilə bağlı rəylərin verilməsi və nəticələrin analizinin aparılması;
- Yeni sığorta xidmətləri və məhsulları ilə bağlı hesablamaların aparılması və təkliflərin hazırlanması;
- Sığorta məhsulunun xarici və daxili sığorta bazarında vəziyyətinin araşdırılması, müvafiq sığorta məhsullarının hazırlanmasında iştirak edilməsi, yerli bazar şəraitini nəzərə alaraq, hazırlanacaq yeni məhsulun üzləşə biləcəyi risklər barədə rəy bildirilməsi;
- Tələb olunan kapitalın məbləği, məcmu kapitalın məbləği, sığortaçının öz vəsaitinin məbləği, sığorta ehtiyatlarının məbləği, zərərlilik dərəcəsi, sığorta və ya təkrarsığorta müqavilələri üzrə şəxsi tutum məbləğinin müəyyən edilməsi üçün müvafiq hesablamaların aparılması;
- Şəxsi tutumla bağlı metodologiyanın hazırlanması və rəyin verilməsi;
- Şirkətin öhdəliklərinə uyğun olaraq risk əsaslı analizlərin aparılması;
- Hər hansı sığorta növü üzrə baş vermiş sığorta hadisələrinin statistikasını araşdıraraq, həmin sığorta növü üzrə qiymət və tariflərə yenidən baxılması üçün təkliflərin verilməsi
Tələblər:
- Sığorta sektorunda aktuari kimi 1 il təcrübə;
- Məsul aktuari vəzifəsi üçün qanunvericiliklə tələb olunan şəhadətnamə və icazə;
- İqtisadiyyat/Maliyyə/Beynəlxalq İqtisadi Münasibətlər/Kommersiya/Riyaziyyat/Tətbiqi Riyaziyyat/Statistika sahələri üzrə bakalavr və ya magistr dərəcəsi;
- Azərbaycan dili - əla, rus və ingilis dili arzu olunandır;
Əmək haqqı - 3000 AZN
Göstərilən tələblərə cavab verən namizədlər CV formasını 31 Avqust 2022-ci il tarixinədək Mövzu/Subject hissəsində “Məsul Aktuari” qeyd edərək elektron ünvanına göndərə bilərlər.