Ümumi məlumat
“Kapital Bank” ASC namizədləri İnzibati İdarəetmə Departamentinin Satınalma şöbəsində kiçik mütəxəssis / mütəxəssis vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Öhdəliklər
- “Bankın” ehtiyacları üçün zəruri olan malların, işlərin (xidmətlərin) satın alınması ilə bağlı sorğuların keçirilməsi;
- Satınalma prosesi ilə bağlı yazışmaların, danışıqların aparılması;
- Tədarükçü şirkətlərdən qiymət təkliflərinin alınması, təkliflərin müqayisəli təhlilinin aparılması və optimal təklifin rəhbərliyə təqdim edilməsi;
- İlkin sənədlərin ekspertizasının aparılması;
- Satınalmalar haqqında hesabatların hazırlanması;
- Müqavilələr üzrə danışıqların aparılması;
- Tender və Kotirovka protokollarının hazırlanması;
- Sənədlərin qeydiyyatı və arxivləşdirmə işinin aparılması.
- Alış sifarişlərini, müqavilələri, düzəlişləri hazırlamaq, gündəlik sənədləşmə işlərini həyata keçirilməsi və s;
Tələblər
- Ali təhsil;
- Sahə üzrə ən azı 1 ilə qədər iş təcrübəsi;
- Yüksək səviyyədə ingilis dili biliyi;
- Yaxşı səviyyədə microsoft ofis proqramı bilikləri;
- Satınalma sənədlər toplusunun hazırlanma qaydalarını bilmək;
- Ünsiyyətqurma və analitik düşünmə bacarığı;
- Komandada işləmək bacarığı.
Əgər təklifimiz Sizə maraqlıdırsa, //hr.kapitalbank.az/ portalımızdan qeydiyyat keçərək və yaxud [email protected] email ünvanına CV göndərərək vakansiyamıza müraciət eləyə bilərsiniz.