VAKANSİYA

15 Avqust

Maliyyə şöbəsinin baş mütəxəssisi - VAKANSIYA

"AzerGold" Qapalı Səhmdar Cəmiyyəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 11 fevral 2015-ci il tarixli 1047 nömrəli Sərəncamına əsasən təsis edilib.

“AzerGold” QSC ölkə ərazisində əlvan və qara metal filizi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, idarə olunması, bu metalların hasilatı, emalı və satışı, bu sahədə yeni texnologiyaların tətbiqi, maddi-texniki bazanın müasirləşdirilməsi və ondan səmərəli istifadə, habelə bu sahənin inkişafı ilə bağlı digər işləri yerinə yetirir.Şirkətin maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotu və hesabat sənədlərində əks etdirilməsi üzrə fəaliyyətin təşkil olunmasında iştirak etmək;

Səlahiyyətləri çərçivəsində müvafiq birjalar üzrə effektiv ticarət strategiyalarının həyata keçirilməsində iştirak etmək

  • Maliyyə bazarlarındakı dəyişikliklərlə bağlı müvafiq təhlillər aparmaq
  • İnvestisiya əməliyyatları ilə bağlı aidiyyəti üzrə təkliflər verilməsində iştirak etmək
  • Maliyyə bazarlarında mövcud olan yeni investisiya imkanlarını mütəmadi əsasda izləmək
  • Müvafiq Birja əməliyyatlarının aparılmasında və ticarət sonrası hesablaşmalara nəzarət edilməsində iştirak etmək
  • Hecinq və digər törəmə maliyyə alətləri üzrə müvafiq əməliyyatların həyata keçirilməsində iştirak etmək
  • Cəmiyyət üçün ən əlverişli əməliyyatların həyata keçirilməsi üçün yerli və qlobal sabit gəlirli qiymətli kağızlar, pul, səhm və əmtəə bazarlarının araşdırılması, təhlili və aidiyyəti üzrə təkliflərin verilməsi
  • Sektorun fəaliyyəti ilə bağlı müvafiq arxivləşmə işlərini təmin etmək.

Tələb olunan bilik, bacarıq və səriştələr:

  • Dil bilikləri: Azərbaycan dili (səlis), İngilis dili (yaxşı), rus dili (yaxşı);
  • ACCA F3,F7 və ya Dipfr və ya CİMA F1, F2 olan namizədlər arzuolunandır;
  • Problem həll etmə, analitik düşünmə, təqdimat və komanda işə işləmə bacarığı;
  • Komputer bilikləri: Microsoft Office proqramlarında sərbəst işləmək bacarığı;(Excel əla səviyyədə)
  • Azərbaycan Respublikasının müvafiq qanunvericiliyini;
  • Beynəlxalq Maliyyə Hesabatları Standartlarını;

Tələb olunan təhsil və iş təcrübəsi:

  • Maliyyə, İqtisadiyyat və ya müvafiq sahədə ali təhsil;
  • Müvafiq sahə üzrə 3 il iş təcrübəsi;

 

 

  •