VAKANSİYA

12 Avqust

Veysəloğlu işçi axtarır – VAKANSİYA

Veysəloğlu Vergi uçotu üzrə mühasib vəzifəisinə işçi axtarır.

İş yeri: Məhəmmədi qəs;

İş təcrübəsi: 1-3 il (Vergi uçotu üzrə 1 il)

Təhsil: Ali təhsil(İqtisadiyyat,Maliyyə,Mühasibatlıq yönümlü)

Yaş həddi: 22-30

İşin Təsviri: Vergi hesabatlarının tərtib edilməsi.

Vəzifə öhdəlikləri:

  • Şəxsi hesab vərəqələrinin gündəlik təqib edilməsi;
  • Vergi, DSMF, Statistika hesabatlarının təqdim olunması;
  • Vergi və digər Dövlət qurumları ilə yazışmalar və müzakirələr aparmaq;
  • Vergi və digər məcburi ödənişlərin düzgün hesablanmasını və vaxtında müvafiq dövlət icra strukturlarına köçürülməsini təmin etmək;
  • Vergi planlaması və vergi risklərin azaldılmasına dair işlər aparmaq;
  • Daxili müştərək şirkətlərdən və kənar kontragentlərdən üzləşmə hərəkətlərinin alınması, yoxlanması, üzləşdirilməsi və aktlaşdırılıb təsdiqlənməsini həyata keçirmək;
  • Aylıq hazırlanmalı olan ƏDV hesabatına məlumatların yığılması, sistemə

işlənməsi və paketlənib vergi orqanına göndərilməsini təmin etmək;

  • Uçot sənədlərinin qanunvericiliyə uyğun formada tərtib edilməsinə nəzarət etmək və uçotun Şirkətin vergi siyasətinə uyğunluğunu təmin etmək;
  • Debitor və kreditorlarla qarşılıqlı üzləşmələrin aparılması;
  • Müqavilələrdə ödəniş şərtlərinin yoxlanılması, bank ödənişlərinin həyata keçirilməsi.
  • Bank ödənişlərinin icra edilməsi və bank hesabatlılığı,
  • Bank Əməliyyatlarının Logo(Tiger) əks etdirilməsi.

Tələblər:

  • Vergi Məcəlləsi, Mülki Məcəllə və Əmək Məcəlləsi üzrə biliklərin olması;
  • ACCA, CIMA və IFRS üzrə biliklərin olması arzu olunandır;
  • Logo (Tiger) proqram biliyinin olması arzu olunandır.
  • E-gov.az,e-taxes.gov.az,stat.gov.az dövlət platformalarında işləmək  bacarığı
  • Dəqiqlik, diqqətlilik, planlama və təşkilatçılıq qabiliyyəti;
  • Komanda ilə işləmə bacarığının olması;
  • Məntiqi və analitik düşünmə tərzi və təşəbbüskarlıq;
  • SAP bilikəri üstünlükdür.

Əmək haqqı:  Müsahibə əsasında təyin olunur.

Təminatlar:

  • İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
  • Nahar ilə təmin edilmə;
  • Endirimli tibb xidməti;

İş qrafiki: 5 günlük

Müraciət qaydaları: CV-nizi [email protected] elektron poçt ünvanına mövzu hissədə vəzifə adını - “Mühasib -Vergi uçotu üzrə”

 yazıb göndərməklə müraciət edilir.