VAKANSİYA

11 Avqust

Bank Respublika işçi axtarır – VAKANSİYA

Bank Respublika ASC Problemli Kreditlərlə iş Departamentinin Təhlil və Hesabatlılıq şöbəsinə Analitik vəzifəsi üzrə vakansiya elan edir.

Ümumi vəzifə öhdəlikləri:

  • Problemli kredit portfelinin analizi və təhlili;
  • Yığım üzrə işçi qrupu əməkdaşlarının fəaliyyəti üzrə nəticələrin qiymətləndirilməsi;
  • Struktur bölmə əməkdaşlarının motivasiya sistemi üzrə müvafiq prosedurların icrası;
  • Hesabatların hazırlanması.

 

Namizədə qarşı tələblər:

  • Ali təhsil (maliyyə, iqtisadiyyat və biznesin idarə edilməsi üzrə təhsil arzuolunandır);
  • İş təcrübəsi: aidiyyatı sahə və ya kredit sahəsi üzrə arzuolunandır;
  • Dil bilikləri: Azərbaycan dili (əla); İngilis dili (yaxşı);
  • Komputer bilikləri: Microsoft Office Programs (Word, Excel – yüksək səviyyədə);
  • Analitik düşünmə və düzgün qərarvermə bacarığı;
  • Yüksək səviyyədə riyazi hesablama və məlumatlar əsasında təhlil etmə bacarığı;
  • Böyük həcmli məlumat bazası ilə işləmək və təqdimat bacarığı;

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 25 avqust 2022-ci il tarixinədək email-in mövzu hissəsində Analitik (Problemli kreditlərin yığımı üzrə) qeyd etməklə [email protected] elektron ünvanına göndərə bilər. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər.

Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.