VAKANSİYA

09 Avqust

PASHA Bank işçi axtarır – VAKANSİYA

PASHA Bank Məsafədən satış qrupunun rəhbəri (Analıq məzuniyyəti) vəzifəsinə işçi axtarır.

İşiniz nədə ibarətdir?

  • Bütün seqmentlər üzrə cari və potensial müştərilərə telefon vasitəsilə əlaqə yaradılmasına, onların banka müştəri kimi cəlb edilməsini təmin etmək üçün bütün məhsul və xidmətlər haqqında məlumatın verilməsinə və satışlara nəzarət;
  • Bütün seqmentlərə aid cari və potensial müştərilər ilə birbaşa telefon vasitəsilə əlaqə yaradaraq, onlara yeni platformanı tanıtmaq, müştəri kimi cəlb edilməsinin və satışların artırılmasının təmin edilməsi;
  • Bütün seqmentlərə aid yeni və potensial müştərilərin yeni məhsul və xidmətlər barədə məlumatlandırılması zamanı əlavə olaraq çarpaz satışların aparılmasına nəzarətin təmin edilməsi;
  • Xüsusi siyahılar üzrə mövcud və potensial müştərilərə təkrar zənglərin edilməsinə nəzarətin aparılması (kredit kartlarının etibarlılıq tarixləri bitdikdə daxil olmaqla);
  • İpoteka məhsulu üzrə müştərilərə xüsusi siyahılar üzrə zənglərin edilməsinə nəzarət edilməsi (İpoteka Fondu tərəfindən istənilən sənədlər barədə müştərilərin məlumatlandırılması);
  • Bütün məhsullar ilə bağlı müştərilərə video zənglərin icra edilməsinə nəzarət;
  • Bütün seqmentlərə aid olan müştərilər üçün Bank tərəfindən təqdim olunan məhsulların soyuq satışına və daxil olan müraciətlər əsasında “E2E” satışına nəzarət (Məhsul üzrə daxil olan müştəri müraciətlərini qəbul edib müştərilərə lazımi məlumatları təqdim edərək “E2E” satışı həyata keçirmək);
  • Məsafədən satış zamanı prosesdə yaranan problemlərin aradan qaldırılması üzrə müraciətləri təhlil etmək və müştəriyə lazımi dəstək göstərilməsinə nəzarət etmək; Satılmış məhsulların monitorinqi; Tamamlanmamış müraciətlər ilə bağlı sistemdən daxil olan e-poçtların alınması və prosesə uyğun olaraq icrası; Müştərilərin əlaqə nömrələrinin axtarışı; Müştərilərə proses üzrə dəstək verilməsi; Müştərilərə nəticə ilə bağlı zənglərin edilməsi. Təqdim olunmuş siyahılara və alternativ kanallar vasitəsilə daxil olan müraciətlərə əsasən potensial müştərilər ilə əlaqə saxlayıb məlumat təqdim etmək, satış etmək və müvafiq sənədləri toplamaq;
  • Müştəri menecerləri və potensial müştərilər üçün görüşlərin təmin edilməsinə, markanın təşviqinə, və şirkət imicinin yüksəldilməsinə xidmət olunmasına nəzarət; Satış sahəsi üzrə tendensiyaları izləyərək müvafiq təşkilat və fəaliyyətlərə qatılmaq; Rəqib bankların təklif etdiyi məhsul və xidmətlərin şərtlərini anlamaq; Bankın imkanlarını və yerli bazarın boşluqlarını müəyyənləşdirmək üçün xarici bazarın izlənilməsinə nəzarət.

Sizdən nə tələb olunur?

  • “Agile” idarəetmə, “Agile” inkişaf, “Scrum Master” və bənzər sahələrdə 3 illik təcrübə;
  • Təhsil: İqtisadiyyat və bənzər digər sahələr üzrə bakalavr təhsili;
  • Tələb olunan iş təcrübəsi: Müvafiq sahə üzrə minimum 3-4 il;
  • Xarici dillər: Azərbaycan dili (səlis), İngilis dili (səlis), Rus dili (səlis);
  • Kompüter bilikləri: Microsoft Office (Excel, Word);
  • Məhsul üzrə biliklər: Bankın məhsul və xidmətləri barədə məlumatlılıq;
  • Əlavə tələblər: Güclü ünsiyyət bacarığı, münaqişələrin həlli bacarığı, innovativ düşünmə və özünü inkişaf etdirmək bacarığı.

Müraciət edin:

Tələblərə cavab verdiyiniz halda, müraciətlərinizi başlıqda “Məsafədən satış qrupunun rəhbəri (Analıq məzuniyyəti)” qeyd edərək [email protected] adresinə göndərməyiniz xahiş olunur.