“Bank Respublika” ASC Daxili Audit Departamentində Qeyri-kredit sahəsi üzrə Auditor vakansiyasını elan edir.
Ümumi vəzifə öhdəlikləri:
- Filiallarda baş vermiş əməliyyatları yoxlamaq;
- Əməliyyat sahəsində daxili nəzarət sistemlərinin mövcud olması, effektivliyi və adekvatlığını yoxlamaq və qiymətləndirmək;
- Zəruri hallarda bankın daxili qaydaları, prosedurları və əsasnaməsində dəyişikliklərin edilməsi üzrə tövsiyələr vermək;
- Yoxlama obyektinə dair ehtimal olunan riskləri müəyyənləşdirmək;
- Təyin edilmiş vaxt çərçivəsində audit yoxlaması aparılan departamentin və ya əməliyyat sahəsinin risk təhlilini həyata keçirmək;
- Əməliyyat sahəsində audit testlərini həyata keçirmək;
- Əməliyyat proseslərinin müvafiq qanunvericiliyə, prosedur və qaydalara uyğun olmasını təyin etmək;
- Audit fəaliyyətinə aid qanunvericilik və beynəlxalq praktikada qəbul olunmuş digər vəzifələri həyata keçirmək.
Namizədə qarşı tələblər:
- Ali təhsil (iqtisadi və ya hüquqi);
- Əməliyyat sahəsində minimum 1 il iş təcrübəsi;
- Analitik düşünmə qabiliyyəti;
- Dil bilikləri: Azərbaycan dili mükəmməl, ingilis dili arzuolunandır;
- Excel proqramında işləmək bacarığı;
- Yüksək ünsiyyət bacarığı;
- Öz fikirlərini yazılı şəkildə ifadə etmək bacarığı;
- Bankın filiallarına istənilən vaxt ezamiyyətlərə gedə bilmək imkanı və istəyinin olması.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 19 avqust 2022-ci il tarixinədək, email-in mövzu hissəsində Qeyri-kredit sahəsi üzrə Auditor qeyd edərək [email protected] elektron ünvanına göndərə bilər. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər.
Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.