Baku Electronics Mağaza əməliyyat mütəxəssisi (Lənkəran) vəzifəsinə işçi axtarır.
Vəzifə öhdəlikləri:
- Ümumi satış hədəflərinin yerinə yetirilməsi üçün mağazada əməliyyatlarla bağlı işləri icra etmək, koordinasiya etmək və işlərə nəzarət etmək;
- Mağaza üzrə anbar və xəzinə ilə əlaqəli olan bütün növ əməliyyatların cari vəziyyətini izləmək və problemləri həll etmək;
- Mağaza üzrə anbar və xəzinə ilə bağlı gündəlik əməliyyatlar haqqında hesabatlar hazırlamaq;
- Əməliyyatların icra statusu ilə bağlı məlumat bazasının daim yenilənməsini təmin etmək;
- Sənədləşmə işinin aparılması, müvafiq qaydada sənədlərin tərtib edilməsi və məsul şəxslərə göndərilməsini təmin etmək;
- Mağazalarda əməliyyatlarla bağlı xidmət səviyyəsinin artırılması istiqamətində işlər görmək;
- Satış analizlərini aparmaqla məhsul kateqoriyaları üzrə müvafiq şəxslərə məlumat vermək;
- Mağazada satılan və satılmayan məhsulları araşdırmaq, mağaza tələblərini araşdırıb müəyyən etmək və işin təkmilləşdirilməsi istiqamətində təkliflər vermək.
Tələblər:
- Müvafiq sahə üzrə iş təcrübəsi üstünlükdür;
- Azərbaycan dilini əla səviyyədə bilmək;
- Operativlik və gərgin iş rejimində işləmək bacarığı;
- MS Office proqramlarından (xüsusilə MS Excel) sərbəst istifadə bacarığı;
- Analitik düşüncə və təhlil bacarığı;
- Şifahi və yazılı formada yüksək ünsiyyət bacarığı;
- Problemləri effektiv şəkildə həll etmək;
- Məsuliyyətlilik, işdə dəqiqlik və detallara fikir vermək qabiliyyəti.
Müvafiq tələblərə uyğun olan namizədlər CV-lərini mövzu hissəsində “Mağaza əməliyyat mütəxəssisi” (Lənkəran) qeyd etməklə elektron ünvanına göndərə bilərlər. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.