Baku Electronics Onlayn satış üzrə mütəxəssis vəzifəsinə işçi axtarır.
Vəzifə öhdəlikləri:
- Onlayn daxil olan sifarişləri ilkin olaraq nəzərdən keçirmək;
- İnternet və digər media kanalları üzərindən potensial müştəri axtarışını həyata keçirmək;
- Mövcud olan müştəri bazasını daim izləmək və yeni daxil olan müraciətləri qeydiyyata almaq;
- Müştəri tələbini müəyyən etdikdən sonra qiymətlər və endirim şərtləri haqqında müştərilərə məlumat vermək;
- Satışla əlaqəli şirkətin qayda və prosedurlarını müvafiq olaraq tətbiq etmək;
- Satışı həyata keçirilən məhsul kateqoriyaları və kampaniyalar haqqında müştəriləri ətraflı məlumatlandırmaq;
- Müştəri xidmətləri və müştəri məmnuniyyəti ilə bağlı qaydaları bilmək və tətbiq etmək;
- Daim bazar araşdırması edərək müxtəlif məhsul kateqoriyaları və yeni məhsul növləri haqqında məlumatlılığını artırmaq;
- Təyin olunan performans göstəricilərini (KPI) vaxtında icra etmək;
Tələblər:
- Ali təhsil;
- Müvafiq sahə üzrə iş təcrübəsi üstünlükdür;
- Azərbaycan dilini əla səviyyədə (rus və ingilis dillərini bilmək üstünlükdür);
- MS Office (Outlook, MS Word, Excel);
- Yüksək inandırıcılıq qabiliyyəti;
- Özünü təqdim etmə bacarığı;
- Operativlik və dəqiqlik;
İş şəraiti:
- İş yeri – Baş ofis;
- İş qrafiki – Növbəli iş qrafiki.
Müvafiq tələblərə uyğun olan namizədlər CV-lərini mövzu hissəsində “Onlayn satış üzrə mütəxəssis” qeyd etməklə [email protected] elektron ünvanına göndərə bilərlər.