VAKANSİYA

03 Avqust

Azericard işçi axtarır – VAKANSİYA

Azericard  İT İdarəetmə (IT Governance) üzrə mütəxəssis vəzifəsinə işçi axtarır.
Vəzifə öhdəlikləri:

- Siyasətlər, standartlar və təlimatlar hazırlamalı, tənzimləməli və ITIL/COBIT kimi çərçivənin təşkilat daxilində tətbiq olunduğundan əmin olmalı;
- Standartlara və siyasətlərə uyğunluğunu və onlara riayət olunmasını təmin etmək üçün İT prosedurlarının effektivliyini qiymətləndirilməsi və/və ya monitorinqi üçün müvafiq prosesləri inkişaf etdirməli və həyata keçirməli;
- Risklər haqqında hesabat verməli onların azaldılması üçün imkanları müəyyən edərkən düzəldici və qabaqlayıcı tədbirləri tövsiyə və tətbiq etməli;
- Mövcud proses dizaynlarını nəzərdən keçirməli, təkmilləşdirməli və öz tövsiyələrini komandalarla müzakirə etməli;
- Risklərin idarə edilməsinin bütün sahələri ilə güclü və effektiv iş əlaqələri saxlamalı;
- İT siyasətlər, standartlar, proses və prosedurlar yaratmalı və dizayn etməli;
- İT menecment ilə hesabatlar hazırlamalı və paylaşmalı, İT prosesinin maneələrini müəyyənləşdirməli və tövsiyələr təklif etməli;
- İT prosesləri/prosedurları təhlil etməli və optimallaşdırmalı;
- İT komandaların məqsədlərinə nəzarət etməli və optimallaşdırma üzrə təkliflər tövsiyyə etməli;
- İT performansı, İT komandaları haqqında hesabatlar hazırlamalı;
- Müəssisə İT siyasətinin idarə edilməsi, müəssisə İT strategiyası, İT daxili və xarici auditləri və İT riskinin qəbulu kimi əsas elementlər üçün İT əlaqəsinin vahid nöqtəsi kimi fəaliyyət göstərməli;
- Serverlər, iş stansiyaları, lisenziyalar, avadanlıqların ayarları , icazələrin yazılması haqqında məlumatları aktual vəziyyətə gətirilməsi və saxlanılması;
- Bütün onlayn proseslərdə məlumatlar mübadiləsinin sxem üzrə sənədləşdirilməsi;
- Auditlərin keçirilməsi məqsədi ilə sənədləşmənin və hesabatların aparılması;
- Prosedurların, sxemlərin, təlimatların və diqər sənədlərin hazırlanması, korporativ resursda yerləşdirilməsi, əməkdaşların dəyişiklər barədə məlumatlandırılması.

Vəzifəyə olan tələblər:

- Ali təhsil;
- İT, İT PMO və ya Audit sahəsində ən azı 1 il iş təcrübəsi;
- Şəbəkə , Windows və Linux üzrə ilkin biliklər;
- MS Visio və Excel-dən rahat istifadə etməli;
- Liderlik bacarıqları;
- Proseslərin dizaynı və təhlili bacarıqları;
- Güclü təqdimatının yaradılması və dizayn bacarığı;
- İşgüzar,diqqətçil,məsuliyyətli, komandada işləməyi bacarmaq;
- Azərbaycan dili, Rus dili (sərbəst), İnglis dili (texniki səviyyə) biliklərin olması;
- Arzu olunur: COBIT, ITIL sertifikatlı.

Namizədlərdən CV-lərini “İT İdarəetmə (IT Governance) üzrə mütəxəssis” mövzusu ilə [email protected] mail adresinə göndərmək xahiş olunur.