Ziraat Bank Əməliyyat riskləri üzrə mütəxəssis/aparıcı mütəxəssis vəzifəsinə işçi axtarır..
Vəzifəyə olan tələblər:
- Müvafiq istiqamətdə maliyyə, iqtisadiyyat, tətbiqi riyaziyyat və digər analitik ixtisaslar üzrə ali təhsil;
- Yüksək səviyyədə MS Excel SQL bilikləri;
- Yüksək analitik düşünmə və problem həll etmə qabiliyyəti;
- Türk və ingilis dili bilikləri arzuolunandır;
- Bank sahəsində ən azı 2 illik iş təcrübəsi;
- Beynəlxalq sertifikatlar arzuolunandır.
Əsas vəzifələr:
- Risklərin idarə edilməsi üzrə Bankın daxili qaydalarının hazırlanmasında və təkmilləşdirilməsində iştirak;
- Əməliyyat risklərinin idarə edilməsi prosesində lazımi hesabatlıqların tərtib edilməsi, əsas risk indikatorlarına dair məlumatların toplanması və analizlərin həyata keçirilməsi;
- Bankın baş ofisi və filiallarında həyata keçirilən biznes proseslərin qiymətləndirilməsi, risklərin optimallaşdırılması məqsədi ilə monitorinqlərin aparılması, nəticələrinin sənədləşdirilməsi və təkliflərin verilməsində iştirak;
- Bankda risk mədəniyyətinin yüksəldilməsi istiqamətində iştirak;
- Bankın struktur bölmələrindən insidentlər barədə məlumatların toplanması və səbəblərinin araşdırılmasının təmin edilməsi;
- Yeni məhsul və xidmətlərin risk qiymətləndirilməsində iştirak;
- Stress-testlərin həyata keçirilməsi;
- Risk limitlərinin müəyyənləşdirilməsində iştirakı, riayyət olunmasına nəzarətin həyata keçirilməsi.
Göstərilən tələblərə cavab verən namizədlər Avqust ayının 31-dək öz CV formalarını [email protected] elektron ünvanına təqdim etməlidirlər. Müraciət məktubunun mövzu hissəsində “Əməliyyat riskləri” qeyd etməyiniz vacibdir.
İşəqəbul prosesinin növbəti mərh