VAKANSİYA

02 Avqust

Bank Respublika işçi axtarır – VAKANSİYA

Bank Respublika ASC Keyfiyyətə nəzarət şöbəsinin mütəxəssisi/baş mütəxəssisi vakansiyasını elan edir.

Ümumi vəzifə öhdəlikləri:

  • Bankın filiallarında çalışan əməkdaşların müştərilərə göstərdikləri xidmət prosesinin monitorinqi;
  • Monitorinqlər zamanı əldə edilən məlumatlara əsaslanaraq təhlilin aparılması;
  • Aparılan təhlillərlə bağlı hesabatların hazırlanması;
  • Rəhbərlik tərəfindən verilən digər tapşırıqların yerinə yetirilməsi.

Namizədə qarşı tələblər:

  • Ali təhsil;
  • İş təcrübəsi: Bank sahəsində (İstehlak kreditləri və əməliyyat sahəsi üzrə hüquqi və fiziki şəxslərə xidmət) 2 il iş təcrübəsi mütləqdir;
  • Dil bilikləri: Azərbaycan və Rus dilləri əla, ingilis dili yaxşı səviyyədə arzuolunandır;
  • Komputer bilikləri: MS Office (Word, Excel, Outlook) proqramları;
  • Təhliletmə və operativ işləmə bacarığı;
  • Müxtəlif düşüncə və dünyagörüşə malik insanlarla yazılı və şifahi ünsiyyət qurmaq bacarığı;
  • Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdimetmə bacarığı;

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini emailin mövzu hissəsində Keyfiyyətə nəzarət şöbəsinin mütəxəssisi/baş mütəxəssisi qeyd etməklə 15 avqust 2022-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilər. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər.

Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.