VAKANSİYA

01 Avqust

Veysəloğlu işçi axtarır – VAKANSİYA

Veysəloğlu Şirkətlər Qrupu Smetaçı Mühəndis vəzifəsinə işçi axtarır.

Vəzifə öhdəlikləri:

  • Layihə sənədlərinə uyğun ümumi tikinti işləri üzrə layihə smeta sənədlərinin tərtibatı;
  • Yerli və beynəlxalq tender layihə sənədlərinin qiymətləndirilməsi;
  • Layihə/spesifikasiya və smeta arasındakı uyğunsuzluqları müəyyən etmək;
  • Layihəyə əsasən iş həcmlərinin çıxarılması;
  • Görülmüş işlər üzrə aylıq və həftəlik hesabatların hazırlanıb layihə rəhbərinə təqdim olunması;
  • Metodiki və normativ materialların, texniki sənədlərin, eləcə də layihə və proqramların yerinə yetirilməsi üçün tədbirlər və təkliflərin işlənib hazırlanması;
  • Əsaslı tikinti-quraşdırma və təmir işləri üçün təklif və razılaşma qiymətləri hesablamalarını analiz etmək və smeta sənədini hazırlamaq;
  • Layihə icrası zamanı mövcud dəyişikliklərə əsasən smeta sənədlərinə düzəlişlər etmək;
  • Layihə-smeta sənədlərinin vaxtında təhvil verilməsini təmin etmək;
  • Hazırlanmış smetaya uyğun olaraq texniki nəzarətin həyata keçirilməsi;
  • Layihəyə dair aylıq texniki hesabatların hazırlanması (Forma 2, Forma 3, Xərc analizi);
  • Podratçılar tərəfindən yerinə yetirilmiş işlərlə bağlı təqdim edilən hesabatların yoxlanılması;
  • Sahələrdən gələn texniki hesabatların yoxlanması;
  • Sifarişçinin tələbinə əsasən büdcənin hesablanması və tikinti prosesinin hər mərhələsi üçün ayrılıqda büdcə smetasının hazırlanması;
  • Müqaviləyə daxil olmayan iş həcminin dəyərləndirilməsi;
  • Layihə çizgilərində dəyişikliklərin sənədləşdirilməsi və büdcənin yenilənməsi;
  • Tikinti materialları və inventarına nəzarət;
  • Layihə ilə bağlı proqresin sənədləşdirilməsi;
  • Tikintisi başa çatmış obyektlərin layihələndirilməsinə çəkilən xərclərin silinməsi üçün mühasibatlığa lazımi sənədlərin təqdim edilməsi.

Namizədə dair tələblər:

  • Mühəndislik/memarlıq ixtisası üzrə ali təhsil
  • Müvafiq sahədə minimum 5 il iş təcrübəsi
  • Layihə smeta işlərinin hazırlanması üçün normativ hüquqi sənədlər barədə biliklər
  • Qüvvədə olan müvafiq smeta hesablama qaydaları, təmir, quraşdırma və tikinti işlərinin hesablama əmsalları haqqında biliklər
  • Mülki, sənaye, yeraltı tikili və qurğular, elektrik, mexaniki işlər, havalandırma, ventilyasiya, meliorasiya işləri üzrə biliklər
  • Kompüter bilikləri: Excel və AutoCAD üzrə biliklər.

Karyerasını bizimlə davam etmək istəyən namizədlər “mövzu” hissəsində “Smetaçı Mühəndis” yazmaqla, öz CV-lərini göndərə bilərlər.