VAKANSİYA

01 Avqust

Zeytun Pharmaceuticals işçi axtarır – VAKANSİYA

Zeytun Pharmaceuticals Direktor köməkçisi vəzəifəsinə işçi axtarır.

Tələblər:

  • Ali təhsil;
  • Müvafiq sahədə 3 il iş təcrübəsi;
  • Dil bilikləri: Azərbaycan və Rus dilləri səlis, İngilis dili orta səviyyədə;
  • MS Office proqramlarının (Word,Excel) mükəmməl bilik səviyyəsi;
  • Yuksək analitik və problemlərin həll etmə bacarıqları;
  • Təmkinli, stressədavamlı, biznes etikaya riayət etmək bacarığı;
  • Fikrini dəqiq, lokanik və özünə əminliklə təqdim etmə bacarığı:
  • Yaxşı ünsiyyət və  danışıqların aparılma bacarıqları;

Vəzifə öhdəlikləri:

  • Direktorun iştirak edəcəyi iclaslarının, görüşlərin və konfransların planlaşdırılması, əlaqələndirilməsi və qrafikinin tərtib olunması;
  • Direktorun tapşırığı əsasında sənədlərin nəzərdən keçirilməsi, toplanması və məzmunu barədə rəhbərə məlumatın verilməsi;
  • Direktorun gündəlik göstərişlərini  və tapşırıqlarını yerinə yetirilməsi;
  • Struktur bölmə rəhbərlərinə tapşırılmış işlərinin icra olunma statusu barədə direktora bildirmək;
  • Direktorun tapşırığına əsasən məktublar, sorğular və digər sənədlərin hazırlanması;
  • Direktorun imzalanmış sənədlərini və müəssisə direktorun adından göndərilən məktubların uçotunu aparmaq;
  • İşgüzar səfərlərin təşkil edilməsi və inzibati dəstək göstərilməsi, biletin alinması və otelin bron edilməsi;

İş şəraiti:

  • 5-günlük iş həftəsi;
  • Əmək haqqı danışıq əsasında təyin edilir;
  • Nahar şirkət tərəfindən təmin olunur;
  • Tibbi sığorta ilə təmin olunma;
  • Karyera yüksəlişi imkanı;
  • Iş yeri: BEGOC Biznes Mərkəzi (Hilton otelinin yanı).

Qeyd olunmuş tələblərə cavab verdiyiniz halda CV- nizi elektron ünvanına göndərin. Xahiş olunur CV-nizi göndərdikdə “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını qeyd edəsiniz.