166 Yükdaşıma və Logistika Logistika Akademiyası 2022 Təcrübə proqramı elan edir.
Proqram çərçivəsində aşağıda qeyd olunan sahələr üzrə aylıq ödənişli təcrübə müddəti nəzərdə tutulur:
- İnsan resursları
- Nəqliyyatın İntellektual İdarəolunması
- Marketinq və biznesin inkişafı
- Data analitikası
- Hüquq
- Maliyyə və mühasibatlıq
- Korporativ əməliyyatlar
- Çağrı mərkəzi
- Korporativ satış
- İnformasiya texnoloqiyaları
- Təchizat
- Müştəri məmnuniyyəti
- Nəqliyyat şöbəsi
Tələblər:
- IV kurs bakalavr, yeni məzun və magistr tələbəsi olmalı;
- Müraciət etdiyi sahə üzrə əlaqəli ixtisasda təhsil almalı;
- MS Office proqramlarında işləmə bacarığı;
- Xarici dil biliyi üstünlükdür.
Qəbul prosesi üç mərhələdən ibarətdir:
- CV dəyərləndirilməsi;
- Test imtahanı;
- Müsahibə.
Qeyd: Təcrübə proqramı çərçivəsində iştirakçılara tam iş günü və şirkət tərəfindən əmək haqqı ödənilməsi nəzərdə tutulur.
Müraciət:
Namizədlər portalımızda qeydiyyatdan keçərək təcrübə proqramına müraciət edə bilərlər.