Vakansiya haqqında:
Funksiya: Marketinq
Bölmə: Marketinq ünsiyyət vasitələri
İş qrafiki: Standart
Son müraciət tarixi: 08.08.22
Sizin əsas vəzifə öhdəlikləriniz:
- Şirkətin sosial media kanallarını idarə etmək
- Üçüncü tərəf şirkətlərin sosial media marketinq üzrə fəaliyyətini idarə etmək
- Həftəlik / aylıq / illik sosial media planını hazırlamaq
- Brend və ya marketinq fəaliyyətlərinin müvafiq kampaniyalar vasitəsilə sosial mediada yerləşdirilməsini təmin etmək
- Müvafiq hesabatlar hazırlamaq və onları rəqiblərlə/keçmiş göstəricilərlə müqayisə etmək
- Sosial platforma və brendlərin izlənilməsi üzrə vasitələri təhlil etmək
- Sosial media trendlərini və uğurlu layihələri izləmək
Sizdən tələb olunan təhsil və iş təcrübəsi:
- Ali təhsil (Marketinq sahəsində Ali təhsil üstünlük hesab olunur)
- Rəqəmsal marketinq və ya sosial media marketinq üzrə ən azı 3 il iş təcrübəsi (Telekommunikasiya və reklam agentliyi üzrə iş təcrübəsi üstünlükdür)
Sizdən tələb olunan bacarıq və səriştəliklər:
- Kopiraytinq bacarığı
- Təşəbbüskar və yaradıcı
- Nəticəyönümlü
- Müasir rəqəmsal texnologiyalar haqqında məlumatlı olmaq və onlayn araşdırma aparma bacarığı
- Partnyorlar ilə əməkdaşlıq etmə bacarığı
- Azərbaycan, Rus və İngilis dillərini mükəmməl bilmək
- MS Office proqramlarını bilmək
Müraciət etmək üçün:
CV-nizi e-mail ünvanına göndərməyinizi xahiş edirik.
Başlıqda “Sosial media marketinqi üzrə mütəxəssis’’ qeyd olunmayan müraciətlər nəzərə alınmayacaqdır.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.