TuranBank Kreditlərin monitorinqi şöbəsinin aparıcı / baş mütəxəssis/ bölmə rəhbəri vəzifəsinə işçi axtarır.
Yaş həddi: 24-35
Əmək haqqı: 1200-1800 AZN.
Vəzifəyə olan tələblər:
- Ali təhsil (iqtisadi təhsil arzuolunandır);
- Bank sahəsi üzrə 3 illik iş təcrübəsi (mikro və biznes kreditləri sahəsi üzrə);
- Analitik təhlil və düşünmə bacarığı;
- Komandada işləmək bacarığı
- Kredit, maliyyə, mühasibat uçotu, sənədlərin təhlili, müştərilərin sahəvi təhlili sahəsində biliyə sahib olmalı;
- Biznes və İstehlak kreditlərinin qiymətləndirilməsi üzrə bacarıqlar;
- Dil bilikləri: Azərbaycan dili sərbəst, rus və ingilis dili arzu olunandır;
- Yüksək ünsiyyət qurma bacarığı;
Vəzifə öhdəlikləri:
- Rəhbərlik tərəfindən təsdiqlənmiş plana uyğun olaraq kredit layihələrinin monitorinqi,
- Bakı şəhəri və regionlarda yerləşən filiallar tərəfindən verilmiş kreditlər üzrə planlı və növbədənkənar monitorinqlərin aparılması,
- Kredit portfelinin müxtəlif indiqatorlar üzrə təhlil edilməsi,
- Girov qismində rəsmiləşdirilən təminatların qiymətləndirilməsi.
- Monitorinqin nəticələrinə əsasən rəy və hesabatların hazırlanması
- Aşkarlanmış risk faktorlarının qarşısının alınması və minimallaşdırılması ilə bağlı tövsiyyələrin verilməsi;
- İş vaxtı: həftə içi 5 gün, 09:00-18:00
Anketlərinizi [email protected] e-mail ünvanına göndərməyiniz xahiş olunur. CV-lərinizi göndərərkən mövzu hissəsinə “Kreditlərin monitorinqi şöbəsinin aparıcı mütəxəssis/ baş mütəxəssis/ bölmə rəhbəri” yazmağı unutmayın.