İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Devops üzrə sistem inzibatçısı vəzifəsinə işçi axtarır.
Biz nə təklif edirik:
- Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;
- Yüksək komanda ruhunda əməkdaşlıq və zəngin təcrübənin qazanılması;
- Karyera irəliləyişlərində yaradılan şərait;
- Rəqabətədavamlı əmək haqqı.
Bizim üçün uyğun namizəd:
- Ali təhsilli (texniki sahədə təhsil arzu olunandır);
- DevOps sistemlərin inzibatçılığı üzrə minimum 3 il iş təcrübəsi;
- GİT-lə işləmə təcrübəsi (yaranan konfliktləri həll etmək);
- OS Linux Redhat / CentOS / Debian / RHCE / RHСSA üzrə biliklərin olması;
- VmWare virtualizasiya ilə praktiki təcrübə;
- CI/CD platforma üzrə biliklər və iş təcrübəsi;
- Kubernetes, Docker, Ansible, Jenkins üzrə biliklər və praktiki təcrübə;
- Bash script yazılması ilə iş təcrübəsi;
- Elasticsearch / Zabbix kimi monitoring tool-lar ilə iş təcrübəsi;
- C# , .NET, Java ,Python dillərdə yazılmış scriptlərin analiz edilməsi;
- Komanda yoldaşlarını inkişaf etdirməyə həvəsli olması.
Görəcəyiniz işlər:
- Agentlikdə istifadə olunan mövcud platformalara monitorinq və nəzarət edilməsi;
- Yaranan problemlərin proqramçılar və infrastruktur əməkdaşları ilə birlikdə aradan qaldırılması;
- Proqram təminatının kodunun yerləşdirilməsi zamanı yaranan problemlərin müəyyənləşdirilməsi və həll edilməsi;
- Yeni DevOps texnologiyalar üzrə biliklərin artırılması və tətbiq edilməsi.
Əlavə məlumatlar:
- İş qrafiki: Bazar ertəsi - Cümə, 5 günlük iş həftəsi;
- İş vaxtı: 09:00 – 18:00.
Müraciət qaydası:
- Vakansiyaya son müraciət tarixi: 20.08.2022-ci il;
- CV-lər [email protected] e-mail ünvanına göndərilməlidir;
- Müraciət etdiyiniz vəzifənin adı “mövzu” bölməsində qeyd edilməldir;
- Müraciətlər nəzərdən keçirilərək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Qeyd: İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi təhlükəsizlik səbəbindən bu domenlərdən məktub qəbul etmir: yandex.ru, mail.ru, list.ru, inbox.ru, bk.ru, yahoo.com. Xahiş edirik ki, müraciətinizi başqa domenli elektron poçt ünvanlarından göndərəsiniz.